“Yapı Kredi Bank Azərbaycan” vəziyyətinin qənaətbəxş olduğunu açıqladı
“Yapı Kredi Bank Azərbaycan” 2018-ci ilin üçüncü rübünün (yanvar-sentyabr) nəticələrini açıqlayıb.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, hesabatlara nəzər yetirdikdə, rəqəmlərin qənaətbəxş olduğunu, bankın real sektora verdiyi dəstəyi, öhdəliklərinin icrasında heç bir çətinliyinin olmaması, kapitalının dayanıqlı şəkildə artdığını görmək mümkündür.
Qeyd edilib ki, bankın xalis faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 16% artmış və xalis mənfəəti 2,7 milyon manata çatmışdır. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 9 ayını 6 milyon 251 min manat xalis mənfəət ilə bağlamışdı.
“Bank real sektorun inkişafı üçün kredit məhsullarının həcmini artırmış və ilin əvvəlindən üçüncü rübün sonuna qədər 18% daha artıq kredit vermişdir. Bankın cəmi aktivləri də artım göstərmişdir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin üçüncü rübündə cəmi aktivlər 24%-lıq artım göstərərək 500 milyon manatı ötmüşdür. Bankın ötən rüblərdə olduğu kimi, bu rübdə də digər maliyyə qurumları, o cümlədən, Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında maliyyə öhdəliyinin olmadığı görünür”,- məlumatda deyilir.
Avropanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü Yapı Kredi Bank Azərbaycana müştərilərin güvəni də artmışdır. Belə ki, bankın cəmi depozitləri ötən ilin eyni dövrü ilə müqayisədə 32% artaraq 397 milyon manata, o cümlədən, fiziki şəxslərin tələbli depozitləri eyni dövrlə müqayisədə 18% artaraq 48,9 milyon manata, hüquqi şəxslərin tələbli depozitləri 39% artaraq 248,7 milyon manata, fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 22% artaraq 99,5 milyon manata çatmışdır.
"Bu rəqəmlərin hər ötən dövrlə müqayisədə artması, müştərilər tərəfindən banka olan güvənin nəticəsidir. Təsadüfi deyil ki, Yapı Kredi Bank Azərbaycan İngiltərənin nüfuzlu Global Banking and Finance Review təşkilatı tərəfindən 2018-ci ilin ən etibarlı bankı mükafatına layiq görülmüşdür", - Bankın məlumatında bildirilir.
Yapı Kredi Bank Azərbaycan öz kapitalını da artmışdır. Belə ki, bankın məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 67,894 milyon manata çatmışdır
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
6 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti




























