“Xalaoğlu” plastik tara istehsalına başlayıb
Babək rayonunun Nehrəm kəndindəki “Xalaoğlu” kəndli-fermer təsərrüfatında yeni plastik tara istehsalı sahəsi fəaliyyətə başlayıb.
Sahibkar Rafiq Əliyev məlumat verib ki, müəssisə muxtar respublikada plastik taralara olan tələbatı ödəməklə yanaşı, həm də ixrac imkanlarına malikdir.
Bildirilib ki, burada bütün növ plastik taraların istehsalı və reklamlaşdırılması üçün lazımi avadanlıqlar quraşdırılıb. Müəssisənin gündəlik istehsal gücü saatda 5 min taradır. Dövlət maliyyə dəstəyi ilə yaradılan müəssisə əlavə olaraq respublikamızın digər bölgələrindən də sifarişlər qəbul edir. Fəaliyyətə az bir müddətdə başlamasına baxmayaraq artıq Gəncə, Quba və Sumqayıt şəhərlərindən taraların sifarişləri qəbul olunub. Müəssisə bütün növ plastik taraların istehsalı imkanına malikdir.
Qeyd olunub ki, Nehrəm kəndində plastik tara istehsalı müəssisəsinin yaradılması dövlətin sahibkarlığın inkişafına verdiyi dəstəyin bariz nümunəsi olmaqla, rayonda təsərrüfat imkanlarını daha da genişləndirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
18 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 20 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub


















.jpg)




