Azərbaycanda hotellərin onlayn reytinqi qurulacaq
Azərbaycanı keyfiyyətli turizm brendi kimi dünyaya tanıtmaq üçün bacarıq lazımdır. Biz yeni bazarlar açmalı, onlayn tədarük şəbəkəsi yaratmalıyıq.
Bunu Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Sengstschmidt deyib.
Onun sözlərinə görə, hər bir ölkə özünü gözəl mənzərəsi ilə dünyaya tanıtmağa çalışır, özünün qlobal rəqabətdə fərqliliyini göstərir: "Bu fərqliliyi hər kəs yarada bilir. Bizim strategiya da bu fərqliliyi inkişaf etdirməkdir. Biz turizmin inkişafı üçün bir çox hədəflər seçmişik. Bu gün onlardan ilkini - turizm brendini təqdim edirik. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq".
F.Sengstschmidt qeyd edib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində turizm strategiyası ölkə üçün daha önəmli olacaq.
Onun sözlərinə görə, nəzərdə tutulan turizm strategiyasına uyğun olaraq, hotellərin onlayn reytinqi qurulacaq, bələdçilərin sertifikatı olacaq: "Tarixi qoruqlarla bağlı layihələr hazırlanır. Tarixi qoruqlardan səmərəli istifadə ilə bağlı ilk layihə Basqal bölgəsi üzrə olacaq. Yanardağda çox gözəl sərgi mərkəzi açacağıq. Şahdağda da mövcud infrastruktur genişləndirilir. 24 saat ərzində işləyən "Qaynar xətt", informasiya texnologiyalarından istifadə bizim üçün çox vacib alətdir. Biz stimullaşdırıcı tədbirlərlə də bağlı təkliflərimizi verəcəyik".
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)






