Bank Respublika və Western Union pul köçürmələrində yenilik etdi

(®) WesternUnionvə BankRespublikaAzərbaycandarəqəmsalinnovasiyalarıntədbiqinə başlayır: beynəlxalq pul köçürmələrini bankın Mobil Şöbəsi vasitəsi ilə həyata keçirmək mümkün oldu.
İndi “Bank Respublika”nın müştəriləri Bankın “Mobil Şöbə” əlavəsi vasitəsilə bank hesabından pul göndərmək və ya köçürməni almaq imkanına malikdirlər.
Ölkəmizdə elektron bankçılıq üzrə lider bank* adını qazanmış Bank Respublika və beynəlxalq pul köçürmələri sahəsində lider olan Western Union sistemi (NYSE: WU) ilə əməkdaşlığını genişləndirmiş və pulköçürmə xidmətlərini bankın “Mobil Şöbə” əlavəsinə tam şəkildə inteqrasiya etməklə, Azərbaycanın maliyyə bazarında yenilikçi rəqəmsal bir xidmət təqdim edir.
Western Union platformasının bankın mobil əlavəsinə inteqrasiya edilməsi müştərilərə dünyanın 200-dən çox ölkəsinə pul göndərməyə və vəsaitlərin birbaşa bank hesabına və yaxud bank kartına mədaxil edilməsinə imkan verir. Bununla yanaşı, müştərilər pul köçürmələrini əvvəlki qaydada bankın ofislərindən göndərə və ya ala bilərlər.
“Pulköçürmə platformasının mobil əlavəyə inteqrasiyası Azərbaycanda rəqəmsal bankçılığın inkişafında yeni bir mərhələdir ", - deyə Bankın İdarə Heyəti sədrinin müavini Elnur Həsənov yeni xidmət haqda şərh verərkən qeyd edib. - Bu qərar beynəlxalq pul köçürmələri sahəsində yeni trendin başlanğıcı olacaq. Biz beynəlxalq pul köçürmələri sahəsinin liderlərindən biri olan "Western Union" ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk və gələcəkdə iş birliyimizi davam etdirməyi planlaşdırırıq".
"Yeni xidmət Bank Respublika ilə 2002-ci ildə başlayan uğurlu əməkdaşlığımızın məntiqi davamıdır", - deyə “Western Union”un Rusiya və MDB ölkələri üzrə baş direktoru Andrey Aqeyev bildirib. Western Union və Bank Respublikanın multikanal yanaşması müştərilərə pul köçürmələrini mobil əlavə vasitəsilə ani olaraq, eləcə də bankın filiallarında sürətli, operativ və sərfəli şəkildə həyata keçirməyə imkan yaradır”.
Dünya Bankının statistikasına əsasən, 2017-ci ildə Azərbaycana 1,1 milyard ABŞ dolları həcmində vəsait köçürmə yolu ilə daxil edilmiş, 600 milyon ABŞ dollarından çox vəsait isə ölkədən xaricə göndərilmişdir.
MÜŞTƏRİLƏR ÜÇÜN PROSEDUR QAYDALARI
"MobilŞöbə" vasitəsilə pul göndərmək üçün ( iOS və ya Android sistemində mövcuddur), alıcının adını, təyinat ölkəsini və köçürmənin məbləğini göstərmək tələb olunur. Əməliyyat başa çatdıqdan sonra, göndərən tərəfdən pulu alan şəxsə bildirməli olduğu SMS-lə 10 rəqəmli nəzarət nömrəsi (MTCN) göndərilir.
Xaricdə pul göndərərkən, vəsait təyinat ölkəsinin valyutasına avtomatik konvertasiya olunur. Bəzi ölkələrə köçürmə vaxtı göndərən özü də pulların verilməsi valyutasını müəyyən edə bilər. Alıcı köçürülən məbləği Western Union xidmət mərkəzində bir neçə dəqiqə ərzində * ala bilər.
Pul köçürməsini almaq üçün Bankın müştərisi köçürmənin nəzarət nömrəsini daxil etməlidir, təyinat ölkəsini, valyutanı və məbləği göstərməlidir. Pul köçürmələri alıcının və ya bank kartının seçdiyi cari hesaba köçürülür.
*2017-ci ilin yekunlarına əsasən Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində keçirilən tədbirdə Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında növbəti dəfə 1-ci yerə layiq görüldü.
* Servisin şərtlərinə əsasən, xidmətin xüsusiyyətlərindən, o cümlədən konkret məbləğdən, təyinat ölkəsindən, valyutanın mövcud olmasından, qanunvericilikdən, identifikasiya tələblərindən, ödəniş məntəqəsinin iş saatlarından, saat fərqindən, təxirə salınmış tarif şərtlərindən və digər tədbiq olunan məhdudiyyətlərdən asılı olaraq köçürmənin ödənilməsi yubadıla və ya qeyri-aktiv ola bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
