Bu texnologiyanı ilk dəfə “Şirvan şərabları” tətbiq edir

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi də bu sahənin keçmiş şöhrətini özünə qaytarmaq, şərabçılıq turizminin inkişafına töhfəsini verməklə yanaşı, xarici bazarlarda layiqli yer tutmağı qarşıya məqsəd qoyub.
MMC-nin yaydığı məlumata görə, ölkəmizdə ilk dəfə olaraq orqanik bioşərab istehsalı sahəsində ixtisaslaşan, üzüm tinglərinin əkilməsindən hazır şərabın istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə qabaqcıl texnologiyaları tətbiq edən, Avropa İttifaqı tərəfindən tanınan orqanik BIO və ISO 22000 - Qida Təhlükəsizliyinin İdarəolunması sertifikatlaşdırılması istiqamətində intensiv iş aparan müəssisədə illik 1,4 milyon litr (1.866 milyon şüşə) şərab istehsalı planlaşdırılır.
Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin Fransanın müvafiq laboratoriyalarında aparılan analizlərinin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsinə imkanlar olduğunu göstərir. Yerli şəraitə uyğun tinglərin seçilməsi, əkilməsi, aqrotexniki qulluğun göstərilməsi, üzümün toplanması və emalı mərhələlərində Fransanın üzümçülük sahəsində ixtisaslaşmış şirkətlərinin mütəxəssisləri ilə daim məsləhətləşmələr aparılır. Bütün bunlar bazarda asanlıqla rəqabət apara biləcək yüksək keyfiyyətli şərab məhsullarının istehsalını şərtləndirən amillərdəndir.
“Şirvan şərabları” MMC-nin istehsal etdiyi “Meysəri” markası ilə “Sədəf” ağ turş, “Mərcan” qırmızı turş və “Məxməri” qırmızı turş premium şərab nümunələrinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyasında aparılan keyfiyyət və təhlükəsizlik sınaqlarının nəticələri onların ölkəmizdə qüvvədə olan və dünyada qəbul olunmuş standartların tələblərinə uyğunluğunu təsdiq edib. Agentliyin müvafiq laboratoriyası sınaqların aparılmasında Fransanın BİPEA şirkətinin hazırladığı sertifikatlı referans materialından istifadə edib və bütün nəticələr həmin referans etalona uyğun təsdiqini tapıb.
"Orqanik bioşərab istehsalı sahəsində müasir texnologiyaların tətbiqi, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yerli və beynəlxalq standartların tələblərinə uyğunluğu, müəssisənin beynəlxalq sertifikatlaşdırılması sahəsində apardığı işlər “Şirvan şərabları” MMC-yə həm də qısa müddətdə rəqabət qabiliyyətli məhsulları ilə dünya bazarında nüfuz qazanmağa imkanlar yaradır",- şirkətin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 d. əvvəl
-
3 d. əvvəl
Azərbaycanda sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
-
- 4 d. əvvəl
- 15 d. əvvəl
-
34 d. əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
1 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
2 saat əvvəl
Bank "BTB"nin Müşahidə Şurasının tərkibi haqqında məsələ müzakirə ediləcək
- 2 saat əvvəl
Son Xəbərlər

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
Ən çox oxunanlar

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
