Türk Lirəsi üçün daha bir mühüm gün çatdı
Türkiyədə bu həftənin ən önəmli gündəmi inflyasiya göstəricisidir. Səbirsizliklə məlumatın açıqlanması gözlənilir. İnflyasiya rəqəmi gözləniləndən pis olarsa (proqnozlardan yüksək), Dollar/TL məzənnəsi yenidən yüksələ bilər.
Bu gün Türkiyədə Sentyabr ayına dair inflyasiya göstəricisi açıqlanacaqdır.
"Marja" xəbər verir ki, Sentyabr ayında inflyasiyada yüksəlişin davam etməsi gözlənilir. Proqnozlara görə, Sentyabr ayında istehlakçı qiymətləri aylıq müqayisədə 3.6%, illik müqayisədə isə 21.3% artıb. Proqnozun reallaşması vəziyyətində inflyasiya 2003-ci ildən bəri ən yüksək səviyyəsinə çatacaq.
İnflyasiya göstəricisi Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaqdır.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
Sentyabr ayında inflyasiyasının sürətlənərək 20%-i keçməsinin Türkiyə aktivlərinə və Türk Lirəsinə təsirli olacağı bildirilir. 25% və ya daha yüksək inflyasiya açıqlanarsa Türk Lirəsinin xeyli ucuzlaşa biləcəyi gözlənilir. Bu gün səhər (saat 08:15-də) Dollar/Türk Lirəsi məzənnəsi 6 səviyyələrindədir (6.0023).
İstehlakçı qiymətləri indeksi (inflyasiya) Avqust ayında aylıq 2.30%, illik 17.90% artmışdı. İllik artım 15 ilin ən yüksək səviyyəsi idi.
İinflyasiyanın oktyabr və noyabr aylarında daha da yüksələcəyi gözlənilir. Çünki Türkiyədə elektrik enerjisi və təbii qaz tarifləri bir neçə dəfə artırılıb.
Bəzi iqtisadçılar inflyasiyada ən pis səviyyənin Sentyabrda görüləcəyini, bundan sonrakı aylarda kəskin yüksəliş gözləmədiklərini qeyd edirlər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















