"Bu dövrü zərərsiz başa vurmaq özü bir naliyyətdir"
“Azərbaycan Sənaye Sığorta”şirkəti bu il mənfəətini iki dəfə artırmaq, eləcə də, kənd təsərrüfatı sığortasına diqqəti yüksəltmək niyyətindədir. Bu barədə şirkətin idarə heyətinin sədri Kamran Babyev bildirib.
- Kamran müəllim, artıq ilin sonu yaxınlaşır, ilkin olaraq “Azərbaycan Sənaye Sığorta”nın nəticələrini necə qiymətləndirirsiniz?
- 9 aylıq nəticələrin də hazır olmağına az qalıdığını nəzərə alsaq, ümumi məlumat verə bilərəm ki, artıq gözlədiyimiz mənfəətin üzrərində gedirik, hətta gözlədiyimizdən də artıqdır və bunun da səbəbi yeni müştərilərin bizə müraciət etməyi oldu. Bunlardan biri də Fairmont Hoteldir ki, biz bu oteli sığortalamışıq.
- Başqa hansı sığorta növlərində artım olub?
- Yeni bir layihəmiz yük sığortası ilə bağlıdır. Yük sığortalarında bu il artım olub.Bu sığortada zərərlər də az olub, demək olar ki olmayıb. Bunların nəticəsində bizdə mənfəət daha çox olub. Ümumi olaraq, bu ilin yekununa 3 ay qalıb ki, bizim də planımız bu 3 ay da əsasən stabil tutmaq, geriləməmək, həm icbari, həm də könüllü satışda. 2019-cu ilə planlarımız daha da genişlənmək, yeni müştərilər cəlb etməkdir.
- Bunu hansı sektorun hesabına etmək fikrindəsiniz?
- Korporativdən tibbi sığorta, daşınar və daşınmaz əmlak sığortası fikirləşirik.
- Sektorial baxsaq ən çox hansı sahələrdən gözləntiləriniz çoxdur? Kənd təsərrüfatı, xidmət sektoru, yoxsa nəqliyyat?
- Bu il ən çox gözləntimiz kənd təsərrüfatı sektorundadır. Çünki dövlət tərəfindən kənd təsərrüfatına böyük diqqət var, aqrar sığorta ilə bağlı yeni qanunun da yaxın zamanlar da imzalanacağını gözləyirik, əgər bu olarsa həm fermerlər, həm də biz sığorta şirkətləri üçün faydalı olacaq. Bu sahədə də bizim təcrübəmiz böyükdür. Bu gün aqrar sığorta bazarının ortalama 80-85% bizdədir.
- Bəs kənd təsərrüfatı sahəsində sığorta riskli deyil?
- Dövlət təminatı olandan sonra, risk minumum olur.
- Siz aqrar sığortada müasir texnologiyadan istifadəni düşünürsünüz, məsələn dronlardan?
- Gələn ildən etibarən kənd təsərrüfatı sektorunda bu sistemlərdən istifadə etməyi düşünürük. Peykdən nəzarət sistemlərdən də nəzərdə tuturuq.
- Peykdən nəzarət bahalı deyilmi?
- Bunu bir layihə, hədəf kimi düşünürük, detalları araşdırırq. 2-cisi biz çox istəyərdik ki, digital sığorta sahəsinində inkişaf edək, yəni online satışlarda. Texnologiya sürətlə inkişaf edir və dünya təcrübəsi göstərir ki, gələcək digital sığortanındır.
- Kamran müəllim, sizin şirkət daha çox “Azərsun” a daxil olan şirkətləri sığortalayan şirkət kimi tanınır. Çünki, sizin şirkətə müraciət olunanda cavab kimi deyirlər ki, ancaq “Azərsun” un işçilərini sığortalıyırıq. Bu vəziyyəti dəyişdirmək fikrindəsinizmi?
- Əslində biz bu təkliflərə açığıq, yəni tək “Azərsun” deyil, digər şirkətləri də sığortalayırıq. Biz bazara bağli deyilik, təkliflərə və əməkdaşlığa çox açığıq.
- Bildiyimiz ki, “Azərsun” nun biznesi böyükdür və ətraf ölkələrədə də fəaliyyət göstərir? Siz də onla birlikdə öz biznesinizi ətraf ölkələrdə inkişaf etdirməyi düşünürsünüzmü?
- Ümumiyyətlə, Azərbaycanın özündə də sığortanın böyüməsi üçün imkanları genişdir, bazarda boşluqlar var. Sığorta bazarında sığortalanmayan çoxlu sahələr varki, buna görə də, ilk öncə Azərbaycanda genişlənmək, sonra xaricə çıxmaq lazımıdr.
- Bu il mənfəətinizin ötən ilə nisbətən nə qədər artacağını gözləyirsiniz?
- Biz 2017-ci ili də mənfəətlə başa vurmuşuq, bu il isə mənfəətin təxminən 2 dəfə çox olması gözlənilir. Bazar bu dəqiqə keçid dövrünü yaşayır və dövrü zərərsiz başa vurmaq özü bir naliyyətdir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)







