"AzerTelecom"dan korporativ müştərilər üçün SİP telefoniya xidməti
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" korporativ müştərilərə SİP telefoniya xidmətini təqdim edir.
SİP telefoniya (Session Initiation Protocol Telephony) xidməti müştərilərə onların ofislərində keyfiyyətli rabitə xidməti əldə etməyə imkan yaradır və bir sıra üstünlüklərə malikdir.
Ənənəvi sabit xətt nömrələrindən fərqli olaraq, SİP nömrələrin sahibləri bu nömrələri heç bir əlavə xərc olmadan istədikləri ünvana daşıya bilərlər.
Həmçinin, rabitənin yüksək keyfiyyəti, nömrənin təyini, nömrənin başqa bir nömrəyə ünvanlanması və böyük şirkətlərdə çağrı mərkəzlərində çoxlu sayda zənglərin qəbul edilməsi, eləcə də daxili virtual PBX (Private Branch Exchange) rabitəsi xidmətinin göstərilməsi SİP telefoniya xidmətinin üstünlükləri sırasındadır.
AzerTelecom tərəfindən korporativ müştərilərə təqdim olunan və internet İP üzərindən həyata keçirilən SİP telefoniya xidməti imkan verir ki, müştərilər müasir, keyfiyyətli və dayanıqlı rabitədən yararlansınlar.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir.
Qeyd edək ki, şirkət SİP telefoniya xidməti ilə yanaşı müştərilərə internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit xidməti, FTTx (hər hansı bir x nöqtəyə qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP, DDOS hücumdan müdafiə kimi telekommunikasiya xidmətləri də təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















