Dövlət Proqramı: Bankların birləşdirilməsi imkanlarına baxılacaqdır
Xəbər verdiyimiz kimi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib.
“Marja” Proqrama istinadən xəbər verir ki, görüləcək tədbirlərdən biri bank sektorunun canlandırılmasıdır.
Rəqəmsal ödənişlərin genişləndirilməsinin əsas şərtlərindən biri də inkişaf etmiş bank sistemidir. Maliyyə vasitəçiliyinin inkişaf etdiyi ölkələrdə nağdsız ödənişlərin həcmi ənənəvi olaraq daha yüksək olur. Azərbaycanda bank sektorunda maliyyə dayanaqlığının bərpa edilməsi üçün bu Dövlət Proqramı çərçivəsində: (I) bank sektorunun sağlamlaşdırılması tədbirlərinin sürətləndirilməsi, (II) aktiv pul bazarının formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
1. Bankların kapitallaşmasının nəzarətdə saxlanılması və likvidliyinin təmin edilməsi üzrə təkmil alətlərin işə salınması:
Dövr ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcəkdir. Kapital dayanıqlığını bərpa edə bilməyən bankların “sağlamlaşdırıcı” konsolidasiya (birləşdirmə) imkanlarına baxılacaqdır. Sektorun likvidliyinin banklar arasında daha rəvan paylanması və idarə edilməsi üçün nəzarət yükü yaratmadan banklararası bazarda likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə daha təkmil alətlərin işə salınması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
2. Problemli aktivlərin idarə edilməsi üzrə yeni mexanizmlərin yaradılması istiqamətində təkliflərin təqdim edilməsi:
Sektorun maliyyə dayanıqlığının gücləndirilməsi üçün problemli aktivlərin həlli vacibdir. Bu problemin həlli sektorun kapitallaşmasına və likvidliyinə müsbət təsir edəcəkdir. Bununla əlaqədar bu tip aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlərin yaradılması imkanları təhlil edilərək müvafiq təkliflər təqdim ediləcək, alternativ olaraq mərkəzləşdirilmiş qaydada restrukturizasiya alətlərinin hazırlanması nəzərdən keçiriləcək və bu istiqamətdə təkliflər təqdim ediləcəkdir. Yaradılmış kreditlərə zəmanət mexanizmləri sektorun risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin azalmasına və nəticə etibarilə banklara iqtisadiyyatı daha aktiv və cəlbedici faiz dərəcələri ilə kreditləşdirməyə imkan verəcəkdir.
4. Bankların fəaliyyəti üzərində nəzarətin təkmilləşdirilməsi:
Bank fəaliyyətinə nəzarət və tənzimlənmə çərçivələri təkmilləşdiriləcəkdir. Bu zaman riskyönümlü tənzimləmə və erkən xəbərdarlıq potensialı artırılmalıdır. Banklarda korporativ idarəetmə prinsipləri daha təkmil səviyyədə tətbiq ediləcəkdir. Bank sektorunun ölkənin strateji xəttinə uyğun olaraq uzlaşmış makro və mikroprudensial siyasət vasitəsilə yönləndirilməsi təmin ediləcəkdir. Mövcud prudensial alətlərin təkmilləşdirmə imkanları nəzərdən keçiriləcəkdir. Sistem əhəmiyyətli banklar üçün diferensial tənzimləmə mexanizminin tətbiqi nəzərdən keçiriləcəkdir.
5.Kreditorların hüquqlarını müdafiə mexanizminin təkmilləşdirilməsi:
Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi üzrə xüsusi plan hazırlanıb həyata keçiriləcəkdir. Məhkəmə qərarlarının qəbulu və icrası, girovun rəsmiləşdirilməsi və təminata tutmanın yönəldilməsi üzrə hüquqi baza təkmilləşdiriləcəkdir.
Dövlət Proqamı ilə ƏTRAFLI BURADAN tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























