Banklar kreditlərdən daha çox asılı vəziyyətə düşürlər
Azərbaycan bankları getdikcə daha çox kreditlərdən asılı vəziyyətə düşürlər.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-avqust ayları ərzində bank sektorunda qeyri-faiz gəlirləri 347.8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35% azdır. Belə ki, banklar 2017-ci ilin yanvar-avqust dövründə 537.4 milyon manat qeyri-faiz gəliri əldə etmişdilər.
Bankların faiz gəlirləri, o cümlədən kreditlər üzrə faiz gəliri də azalır. Banklar ötən ilin 8 ayında kreditlərdən 946.9 milyon manat faiz gəliri təmin etmişdilər. Cari ilin 8 ayında bu rəqəm 791.9 milyon manat təşkil edib. Qısası, bankların kreditlərdən faiz gəlirləri 16,4% azalıb.
Qeyri-faiz gəlirləri bankın xidmətləri nəticəsində komission ödəmələrdən əldə olunan gəlirdir.
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
(mln manatla)
Mənfəət və zərər maddələri |
31.08.2017 |
31.08.2018 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 1,292.9 | 1,138.4 |
1.1 Kreditlər üzrə faizlər | 946.9 | 791.9 |
2. Faiz və onlara bağlı xərclər | 634.2 | 394.1 |
2.1 depozitlər üzrə faizlər | 253.4 | 258.1 |
3. Xalis faiz gəliri (zərəri) | 658.7 | 744.4 |
4. Qeyri-faiz gəlirləri | 537.4 | 347.8 |
5. Qeyri-faiz xərcləri | 630.3 | 651.2 |
6. Əməliyyat mənfəəti (zərəri) | 565.8 | 441.0 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) |
196.8 |
316.4 |
8. Digər gəlirlər (xərclər) | 2.6 | 0.7 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) | 371.6 | 125.3 |
10. Mənfəətdən vergilər | 21.3 | 21.5 |
11. Xalis mənfəət (zərər) |
350.3 |
103.8 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
-
45 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib




























