Bank sektorunun xalis mənfəətində böyük artım
Azərbaycanın bank sektorunun 2018-ci ilin 8 ayında (31.08.2018-ci il tarixinə) xalis mənfəəti 103.8 milyon manat təşkil edib.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, bu, İyul ayının sonu ilə müqayisədə 3 dəfə çoxdur. Belə ki, 31.07.2018-ci il tarixində bank sektorunun xalis mənfəəti 32.3 milyon manat təşkil etmişdi.
Yanvar-avqust dövründə bankların faiz gəlirləri 1 milyard 138.4 milyon manat, qeyri-faiz gəlirləri isə 347.8 milyon manat təşkil edib (Cəmi 1 milyard 486,2 milyon manat). Xərclər çıxıldıqan sonra sektorun əməliyyat mənfəəti 441 milyon manat təşkil edib. Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 316.4 milyon manat ayırdıqlarından əməliyyat mənfəəti azalıb. Həmçinin banklar, 21,5 milyon manat mənfəət vergisi ödəyiblər.
Müqayisə üçün qeyd edək ki, 31.08.2017-ci il tarixində, bank sektorunun faiz gəlirləri 1 milyard 292.9 milyon manat, qeyri-faiz gəlirləri 537.4 milyon manat, xalis mənfəəti isə 350.3 milyon manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
-
44 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























