Bazara yeni avtomobil sığortası məhsulu çıxdı - YANACAQ HƏDİYYƏ OLUNUR
Azərbaycan sığorta sektorunda daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta” ASC bu dəfə “Petrollu Kasko” adlı yeni könüllü sığorta məhsulunu təqdim edib.
“Petrollu Kasko” məhsulu öz sərfəli şərtləri ilə seçilir.
Belə ki, “Petrollu Kasko” məhsulunu əldə edən müştəriyə sığorta olunan avtomobilin dəyərinin 1%-i həcmində yanacaq hədiyyə edilir. Məhsul bazar dəyəri 10 000 manatdan 80 000 manata qədər avtomobillər üzrə fiziki şəxslərə təklif olunur.
“Petrollu Kasko” məhsulu əldə edərkən avtomobil tam dəyərində sığorta olunur. Məhsulun sığorta tarifi bazar şərtlərinə uyğun olaraq çox sərfəlidir. Məsələn, dəyəri 30 000 manat olan avtomobil üzrə 300 manat dəyərində yanacaq müştəriyə hədiyyə olunur. Hədiyyə olunan yanacağın 50 %-i sığorta müqaviləsi rəsmiləşdirilən zaman, 50 %-i isə 3 aydan sonra müştəriyə təqdim olunur.
Məhsulun yaranmasında əsas məqsəd fiziki şəxslərə avtomobillərini sığorta etməklə yanaşı hədiyyə almaq imkanı verməkdir.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
8 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 16 d. əvvəl
-
40 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir






























