“Yığımlarımız artır, ödənişlər operativ həll olunur”
Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” sığorta 2018-ci ilin yanvar-avqust ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elnur Hüseynquluyevin "Marja"ya verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarıda “Qala Həyat”ın fərdi və korporativ müştərilər üzrə məcmu yığımlarının həcmi 10 milyon 859 min manatı ötüb:
“Bu hesabatımızı operativ məlumatlar əsasında hazırlamışıq. Yığımlar üzrə portfelin diversifikasiyasına nəzər yetirək görəririk ki, portfelin formalaşmasında “həyatın ölüm halından sığortası”, “həyatın yaşam sığortası” və “bədbəxt hadisələrdən icbarı sığorta” növləri daha çox yığım payına malikdir. Hər ötən ayın hesabatı ilə müayisədə yığımlarımızın həcmi artır”.
E.Hüseynquluyev yığımlarla yanaşı şirkətin sığorta ödənişləri haqda da məlumat verib. O qeyd edib ki, cari ilin əvvəlindən sentyabr ayının 1-dək “Qala Həyat” müştərilərinə 10 milyon 952 min manatda çox sığorta ödənişi edilib:
“Ödənişlər qanunvericiliyin tələbinə uyun olaraq vaxtında və opreativ qaydada həyata keçirilib. Ən iri ödəniş “həyatın yaşam sığortası” növünün payına düşüb. Ümumiyyətlə, sığorta ödənişlərin vaxtında və operativ həll edilməsi müştəridə şirkətə qarşı inam və etibar yaradan amillərdən hesab olunur. Çalışırıq ödənişlərin verilməsində bir gün olsa belə gecikmə yaranmasın. Müştərini razı salmaq və onun məmnuniyyət səviyyəsini daha da yüksəltmək “Qala Həyat” üçün ən prioritet məsələlərdən biridir.”
Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
7 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 15 d. əvvəl
-
39 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























