Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar kəskin azalıb
2018-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2 mlrd. 53,5 mln. dollar təşkil edib. "Marja" xəbər verir ki, bu barədə 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının Tədiyyə balansından məlum olur.
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 3,1 mlrd. dolar təşkil etmişdi. Beləliklə, 2018-ci ilin birinci yarısında birbaşa xarici investisiyaların həcmi 35,5% azalıb.
Birinci yarımillik ərzində tədiyə balansının məlumatına görə, bu dövrdə birbaşa xarici investisiyaların 79,4%-i neft-qaz sektorunun payına düşüb.
Yanvar-iyun ayları ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi 423,3 mln. dollar (azalma 10,4%), xüsusi çəkisi 20,6% təşkil edib.
AMB-nin məlumatına görə, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan şirkətləri xaricdə 1 mlrd. 320,4 mln. dollar (artım 27,5%), o cümlədən neft-qaz sektoruna 480,3 mln. dollar (azalma 39,8%), digər sektorlara 840,1 mln. dollar (artım 3,1 dəfə) məbləğində birbaşa investisiya yatırıblar.
2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 5,7 mlrd. dollar təşkil edib və 21,9% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
8 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 16 d. əvvəl
-
40 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























