Rusiyanın böyük əczaçılıq şirkəti azərbaycanlı tələbələrə iş təklif edəcək
Bakı Ali Neft Məktəbində (BANM) Rusiyanın "R-Pharm" yüksək texnoloji əczaçılıq şirkətinin nümayəndələri ilə görüş keçirilib.
BANM-dan verilən məlumata görə, Ali Məktəbin rektoru Elmar Qasımov şirkətin baş ofisi Moskvadan gəlmiş qonaqlar - Kadr hazırlığı departamentinin rəhbəri Repkina Ekaterina, Daxili ünsiyyət və korporativ mədəniyyət departamentinin rəhbəri Teplova Mariya və şirkətin Azərbaycan nümayəndəliyinin İnsan resursları üzrə meneceri Kəmalə Bayramova ilə yeni əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib.
Moskva Kadr hazırlığı departamentinin rəhbəri Repkina Ekaterina şirkət haqqında məlumat verərək, əsasə 2001-ci il Moskvada qurulan "R-Pharm" şirkətinin 9 ölkədə 60-dan çox filial və 3600-dən artıq əməkdaşı olduğunu bildirin. O, "R-Pharm" şirkətinin BANM-ın məzunları haqqında çox eşitdiyini və şirkətin tələbələrin xüsusi təlim proqramlarına, təcrübəyə və işə cəlb olunmasında maraqlı olduğunu bildirib. Xanım Ekaterina BANM-ın müxtəlif professor-müəllim kollektivini şirkətin müxtəlif ölkələrdə yerləşən laboratoriyaları və tədris proqramları ilə tanış olmağa dəvət edib.
Daxili ünsiyyət və korporativ mədəniyyət departamentinin rəhbəri Teplova Mariya "R-Pharm" şirkətinin xüsusilə kimyaçı və avtomatlaşdırma mühəndislərinə ehtiyacı olduğunu vurğulayıb.
Azərbaycan nümayəndəliyinin İnsan resursları üzrə meneceri Kəmalə Bayramova şirkətin Azərbaycanda yerləşən və cari ilin sonuna təhvil verilməsi nəzərdə tutulan zavodunun kimya sənayesi və avtomatlaşdırma prosesləri sahəsində bilikli və istedadlı kadrlarla təmin olunması nəzərdə tutulub. Məhz bu səbəbdən "R-Pharm" şirkəti BANM-ın tələbə və məzunları ilə görüşmək, onları şirkətin hazırladığı tədris proqramlarına və eyni zamanda təcrübəyə cəlb etmək, sonda isə iş təklifi etmək niyyətindədir.
Rektor Elmar Qasımov "R-Pharm" şirkətinin təkliflərini müsbət qarşılayaraq onun nümayəndələrinə BANM-a olan maraq üçün təşəkkür edib. Əczaçılıq şirkətilə əməkdaşlığın Ali Məktəb üçün yeni bir sahə olduğunu bildirən rektor, BANM-ın Kimya mühəndisliyi kafedrası və Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə şirkətin əməkdaşlığının uğurlu olacağına inandığını bildirib.
Görüşdə həmçinin BANM və şirkətin əməkdaşlığı üçün memorandumun şərtləri, "R-Pharm" şirkətinin tələbələrlə görüşü və prezentasiyasının təşkil olunması kimi məsələlər müzakirə olunub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)











.jpg)