Azərbaycan icbari sığortada “daxıl” sisteminə keçə bilər
Sistemin tətbiqi sığortaçıları çətin vəziyyətə sala bilər
Sığortaçılar və sığorta agentləri icbari sığorta sahəsində qanunsuzluqları davam etdirdiyi təqdirdə, Maliyyə Bazarlarını Nəzarət Palatası icbari sığortada “daxıl” sisteminə keçə bilər. Bunu “Marja”ya maliyyə bazarındakı mənbəsi bildirib.
“Daxıl” İcbari Sığorta Bürosunun bazasında da yaradıla bilər. “Daxıl” sistemi tətbiq edildiyi təqdirdə sığortaçılar agent rolunda çıxış edəcəklər. Sığotaçılar topladıqları sığorta haqlarını “daxıl”a köçürəcəklər və “daxıl”dan sığorta şirkətlərinə satışın həyata keçirilməsinə görə 10-15 faiz komisyon haqları ödəniləcəkdir. Yəni, sığorta şirkətinin funksiyasını “daxıl”, agentin funksiyasını isə sığorta şirkəti həyata keçirəcəkdir. Bu halda zərərlərin qiymətləndirilməsi və ödənilməsidə daxıl tərəfindən aparılaraq sığortalıların hüquqların və maraqlarının qorunmasına töhfə verəcək. Qeyd edilən sistem qabaqcıl beynəlxalq təcrübədən irəli gəlir”,- mənbə bildirib.
Qeyd edilən sistemin tətbiqi sığortaçıları çətin vəziyyətə sala bilər. 2016-cı ildə icbari sığorta bazarı üzrə ümumilikdə 168 milyon manat sığorta haqqı toplanmışdır. Əgər belə bir dövrdə sığortaçılar 168 milyon manatlıq dövriyyədən məhrum edilərsə (bu vəsaitlər hüquqi şəxs olan “daxıl”ın hesabında toplanır), bu qərar onların maliyyə vəziyyətlərinə çox mənfi təsir edə bilər. Çünki sığorta şirkətləri topladıqları sığorta haqları ilə yanaşı həmçinin bu vəsaiti investisiya edərək əlavə gəlirlər də əldə edirlər. “Sığorta daxıl”ı modeli tətbiq edilərsə, şirkətlər belə bir imkandan məhrum olacaqlar. Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçılarla görüşlərdə elan edib ki, onun əsas məqsədi maliyyə bazarlarının dayanıqlığını təmin etmək və istehlakçıların hüquqlarını qorumaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)



.jpg)
