Neft Fondu Mərkəzi Banka 2 milyard 263 milyon dollar transfert edib

Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına 2017-ci ilin sonuna qədər “2017-ci ilə və ortamüddətli dövrdə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”nın (Tədbirlər planı) təsdiq edilməsi və bu tədbirlərin icrasının təmin edilməsi tapşırığı verilmişdir.
“Marja” Dövlət Neft Fondunun illik hesabatına istinadən xəbər verir ki, Şuranın 29 dekabr 2016-cı il tarixli qərarı ilə xarici valyutada olan bir sıra öhdəliklərin makroiqtisadi çərçivədən kənarda tənzimlənməsi məqsədilə ARDNF-dən ARMB-yə transfertin yuxarı həddi 3,5 milyard ABŞ dolları məbləğində müəyyən edilərək, Tədbirlər planına uyğun olaraq bu məbləğin Mərkəzi Banka transfertin edilməsi barədə ARDNF-yə tapşırıq verilmişdir.
"Müvafiq olaraq, ARDNF-nin 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ARDNF-nin 2017-ci il büdcəsində makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə ARMB-yə transfertin yuxarı həddi ilə bağlı 7 milyard 500 milyon manat məbləğində müvafiq xərc maddəsi təsdiq edilmişdir. Hesabat ili ərzində qeyd edilən xərc maddəsi üzrə 3 milyard 949,5 milyon manat və yaxud 2 milyard 263,0 milyon ABŞ dolları məbləğində vəsait ARMB-yə transfert edilmişdir",- hesabatda deyilir.
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi.
2017-ci ildə də “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” layihəsinin ARDNF tərəfindən maliyyələşdirilməsi davam etdirilmişdir. 2001-2017-ci illər ərzində bu tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə ARDNF-nin büdcəsindən ümumilikdə 2 milyard 102,8 milyon manat vəsait xərclənmişdir .Bununla yanaşı, hesabat ilində ARDNF tərəfindən qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 105 milyon manat vəsait ayrılmışdır.
Dövlət büdcəsinə transfert
Hesabat ilində dövlət büdcəsinə transfertin həcmi 6 milyard 100 milyon manat təşkil etmişdir ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 20% və ya 1 milyard 515 milyon manat aşağıdır. 2003-2017-ci illərdə ARDNF tərəfindən dövlət büdcəsinə transfertin cəmi həcmi 77,62 milyard manat və ya ARDNF-nin bugünə qədər olan cəmi büdcə xərclərinin 85,7%-ni təşkil etmişdir. 2017-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfert dövlət büdcəsinin gəlirlərinin 36,9%-ni, dövlət büdcə xərclərinin isə 34,7%-ni təşkil etmişdir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.
“Qara qızılın insan kapitalı”na çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi ARDNF tərəfindən həyata keçirilir. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişlərinə əsasən ARDNF-dən Dövlət proqramının maliyyələşdirilməsi məqsədi ilə ayrılmış 17,01 milyon manat vəsaitin 7,87 milyon manatı yaşayış, 8,25 milyon manatı təhsil, təqribən 0,55 milyon manatı yol, 0,33 milyon manatı tibbi sığorta, 0,01 milyon manatı viza və qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilmişdir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 24 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycan Dəmir Yolları tərəfindən qəbul edilən blok qatarın sayı kəskin artıb
-
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 46 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
- 1 saat əvvəl
Son Xəbərlər

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB

İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
Ən çox oxunanlar

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI
