"Hər tonuna 65 manat ödənilir, maraq isə azdır"
Bir vaxtlar Azərbaycanda makulaturanı (kağız tullantıları, yenidən kağız istehsal etmək üçün işlənilən kağız vərəqlər) müvafiq müəssisələrə yığıb təhvil vermək ənənəsi olsa da, hazırda buna çox az rast gəlinir.
Bu ənənənin yenidən dirçəldilməsi isə həm ətraf mühitin qorunmasına müəyyən töhfə verər, həm də gəlir mənbəyi olar.
Hazırda ölkədə kağız tullantılarının yığımı ilə məşğul olan müəssisələrdən biri "Azərsun Holdinq" MMC-nin Kağız və karton istehsalı kombitanının Kağız tullantılarının tədarükü müəssisəsidir.
Kombinatın tədarükçüsü Şaban Şener bildirib ki, 1 ton kağız istehsalı üçün 17 şam ağacı kəsilir. Yəni, belə demək mümkünsə, kombinata bir ton kağız təhvil verən şəxs 17 ağacı qorumuş olur.
Ş.Şener bildirib ki, kağız tullantılarını təhvil verən şəxs ətraf mühiti qorumaqla yanaşı, bu işdən maddi xeyir də götürür:
“Ölkənin 26 rayonunda kombinatın müəssisələri var. Əgər köhnə kağız müəssisəyə təhvil verilirsə, hər tonuna görə 65 manat, səyyar şəkildə, yəni yerlərdə təhvil alınırsa, 50 manat ödənilir. Hazırda Quba rayonundan müraciətlər daha çoxdur”.
Kombinat nümayəndəsi onu da əlavə edib ki, müəssisənin tələbatını qarşılamaq üçün xaricdən də kağız tullantıları gətirməli olurlar:
“Əhali arasında bu işə maraq azdır, onlar əksər hallarda kağızı tullayır, yaxud da yandırırlar. Təkrar kağız emalı fabriki tərəfindən “Təbiəti qoruyaq” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində Bakı və rayonlardakı dövlət müəssisələrində yaşıl qutular yerləşdirilib. Lazımsız kağız və kitabları istənilən vaxt oraya təhvil vermək olar”.
Qeyd edək ki, kağız tullantıların təkrar emalı üçün “ASAN xidmət” mərkəzlərinə də müraciət etmək mümkündür.
Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev açıqlamasında bildirib ki, kağız tullantıları 300 kq-dan çox olduğu təqdirdə, bir həftə ərzində səyyar şəkildə təhvil alınır.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)






