“OYAL”dan nümunəvi addım – AZƏRBAYCANI TƏBLİĞ EDƏCƏK MƏHSULLAR
“İnci” şirkətlər qrupu ölkəmizin tarixinin, mədəniyyətinin, musiqisinin və simvollarının təbliği işinə dəstək məqsədilə “Oyal” məhsullarının qutu dizaynını yeniləməyə başlayıb. İlkin mərhələdə ixrac olunacaq “Oyal” məktəb və ofis ləvazimatlarının qutuları yenilənir. Yaxın gələcəkdə daxili bazarda satışa çıxarılan məhsulların da qutuları yenilənəcəkdir.
Yeni qutu dizaynlarında məqsəd Azərbaycanı təbliğ etmək, eyni zamanda uşaqları düzgün istiqamətlənməsinə kömək etməkdir.
Bildiyimiz kimi, son vaxtlar uşaqlar “Spiderman”, “Ben Ten”, “Barbie”, “Betman” və “Garfield” kimi cizgi film qəhrəmanlarını özlərinə nümunə götürməyə başlayıblar. Bu zərərli qəhrəmanlar uşaqların dünyasını ələ keçirir. Halbuki bizim mədəniyyətimizi yaşadacaq, uşaqları gələcəyə hazırlayacaq, onları yaxşı və gözəl insan edəcək bir çox qəhrəmanlarımız var. Uşaqları xəyali qəhrəmanların mənfi təsirlərindən xilas etmək, qəhrəmanlarımızın, tariximizin, musiqimizin unudulmaması üçün çanta, qələm qutusu, qələm, su qabı, dəftər üzlükləri üzərində milli elementlərə yer veriləcəkdir.
“İnci” şirkətlər qrupu dizaynların hazırlanmasına ciddi yanaşıb. Qutuların dizayn işləri, ABŞ-ın məşhur dizayn və brendinq agentliyi “Character”də ştatdankənar əməkdaş (freelancer) kimi çalışmış mütəxəssis tərəfindən görülüb. Qeyd edək ki, “Character” agentliyi “Amazon”, “Staples”, “Nike”, “Uber” kimi böyük markaların işlərini ərsəyə gətirmişdir.
“İnci” şirkətlər qrupunun direktoru İsa Abbasov "Marja"ya bildirdi: “Müstəqil dövlətimizin tanıdılması, turizmin inkişafı üçün dövlətimizin apardığı siyasət göz qabağındadır. Ölkəmizdə təşkil olunan yarışlar, xarici dövlətlərdə təşkil olunan silsilə tədbirlər, yeni otellərin inşası, turistlər üçün viza sistemlərinin sadələşdirilməsi və s. kimi bir sıra tədbirlər müstəqil Azərbaycanımızın tanıdılmasına da xidmət edir. Aparılan siyasətə dəstək məqsədilə “Məktəbli Arzuları” olan “Oyal” bu mövsümdən etibarən qutu dizaynlarının üzərində Azərbaycanımızı təbliğ edən yeni dizayn formatına keçir. “Oyal” məhsullarının üzərində milli naxışlar ilə Azərbaycanın tarixi abidələrinə, yeni inşa olunmuş əsrarəngiz memarlıq əsərlərinə, musiqi alətlərinə, milli nağıl qəhərəmanlarının rəsimlərinə yer veriləcəkdir. Azərbaycanda ofis və məktəb ləvazimatlarının tədarükçüsü kimi ölkəmizi təbliğ etməyi özümüzə borc bilirik.
Eyni zamanda, uşaqlar xarici cizgi film qəhrəmanlarını, “Real Madrid”in, “Barcelona”nın futbolçularını daha yaxşı tanıyırlar. Bu məsələdə təcili bir işlər görməyin vacib olduğunu düşünürük. Hesab edirik ki, yeni qutu dizaynları ilə mövcud problemin həllinə az da olsa kömək göstərə bilərik.
Bir müddət sonra yeni dərs ili başlayacaqdır. “İnci” şirkətlər qrupu valideynləri milliliyi təbliğ edən məktəb ləvazimatlarına üstünlük verməyə cağırır. Bizdə öz növbəmizdə, iş adamlarına və şirkətlərə tövsiyə edirk ki, öz imkanları daxilində Azərbaycanımızı təbliğ etməyə daha geniş yer ayırsınlar".
Qeyd edək ki, Bakıda və bir çox rayonda fəaliyyət göstərən “Ofisait” mağazalar şəbəkəsi “İnci” Şirkətlər qrupuna məxsusdur. Keyfiyyətilə seçilən “Oyal” məhsulları “Ofisait” mağazalarından daha münasib qiymətlərə satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
13 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
16 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























