"Müştəri sarıdan korluq çəkmirik”
Bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir.
Təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Əvvəlcə bağlardan şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılıb.
Hazırda isə şaftalı bağlarında məhsul yığımının ən qızğın çağıdır. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını 50-80 qəpiyə satırlar.
Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 850 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir.
Həmin kənddən olan təsərrüfatçı Bəylər Vəliyev bildirir ki, hava şəraitinin mülayim keçməsi və zərərvericilərə qarşı görülən tədbirlər məhsuldarlığa müsbət təsir göstərib. “Nərəcanda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır. Demək olar, bütün sort şaftalı ağacları bu il bol məhsul gətirib. Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsini qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndəririk. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır. Müştəri sarıdan korluq çəkmirik”, - deyə təsərrüfatçı əlavə edib.
Nərəcandan olan digər bağ sahibi Ramiz İskəndərov da kəndlərindəki bağ sahiblərinin 90 faizinin şaftalı yetişdirdiyini deyir. “Mövsümün ən qızğın çağıdır. Hər gün məhsul toplayırıq. Məhsul da boldur, müştəri də var. Qiymət ötən illə müqayisədə bir az ucuzdur. Fikrimcə buna səbəb Rusiyaya məhsulun az göndərilməsidir”, - deyə bağban bildirib.
Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək.
Ümumilikdə, Xaçmaz rayonunda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tona yaxın şaftalı toplanır.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
18 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 15 saat sonra
-
- 7 d. əvvəl
- 12 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
-
1 saat əvvəl
Bank yeni konsept əsasında İçərişəhər və Masazır filiallarını istifadəyə verib
-
2 saat əvvəl
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
-
2 saat əvvəl
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
-
3 saat əvvəl
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
Ən çox oxunanlar
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
Qlobal ərzaq qiymətlərində cüzi azalma
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib



























