“Azər Türk Bank” müştərilərə verilən kreditləri artırıb
“Azər Türk Bank” mənfəətlə işləməkdə davam edir. Diqqəti cəlb edən, müştərilərə verilən kreditlərin artmasıdır.
“Azər Türk Bank” ASC 2018-ci ilin birinci yarısını 352 min 782 manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin birinci yarısında 1 milyon 431 min manat xalis mənfəət əldə etmişdi.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Azər Türk Bank”ın faiz gəlirləri 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq 8 milyon 112 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 9 milyon 427 min manat faiz gəliri əldə etmişdi.
“Azər Türk Bank”ın qeyri-faiz gəlirləri 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% azalaraq 5 milyon 51 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 5 milyon 459 min manat qeyri-faiz gəliri əldə etmişdi.
Birinci yarım ildə ehtiyatların 1 milyon 15 min manatı azad olub və gəlirə əlavə edilib.
Bankın 8 milyon 952 min manat əməliyyat mənfəətinə qarşı inzibati xərcləri 8 milyon 598 min manat təşkil edib. Nəticədə 353 min manat xalis mənfəət yaranıb.
KREDİT PORTFELİ ARTIB
30 İyun 2018-ci tarixində “Azər Türk Bank” 313 milyon 744 min manat cəmi aktivlərə (o cümlədən 133 milyon 220 min manatı müştərilərə verilmiş kreditlər) malik olub. Ötən ilin eyni dövründə Bank 309 milyon 429 min manat cəmi aktivlərə (o cümlədən 126 milyon 274 min manatı müştərilərə verilmiş kreditlər) malik idi. Bankın aktivləri 1,4%, kredit portfeli isə 5,5% artıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Müqayisə olunan dövrdə Bankın öhdəlikləri 253 milyon 352 min manatdan 259 milyon 164 min manata yüksəlib.Bankda, banklar və maliyyə müəssisələri qarşısında öhdəliklər artıb, müştəri hesabları azalıb.
30 İyun 2018-ci il tarixində “Azər Türk Bank” 53 milyon 313 min manat məcmu kapitala malik olub.Bank öən ilin eyni dövründə 54 milyon 811 min manat məcmu kapitala malik idi.
“Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası















.jpg)





