“Nar” 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı
“Azerfon” MMC (“Nar” ticarət nişanı) cari ilin ikinci rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, bu dövr ərzində şirkət ilk rübdə qeydə alınan yüksək artım dinamikasını ikinci rübdə də davam etdirib.
Şəbəkə infrastrukturunun genişləndirilməsinə xüsusi önəm verən “Nar” ölkə ərazisində 74 3G və 161 4G baza stansiyası quraraq və abunəçilərin istifadəsinə verib. Cari ilin ikinci rübü ərzində “Nar” öz abunəçilərinə 5 yeni xidmət (“Exchange”, Pulsuz “WhatsApp”, Turbo düymə, Full paketi üçün Rominq dəqiqələri və Əlavə dəqiqələr xidməti) təqdim edib, həmçinin 3 kampaniya (Respublika günü, Ramazan və Həftəsonu kampaniyası) keçirib. Nəticədə, mobil operatorun abunəçi bazası ötən ilin eyni rübü ilə müqayisədə 6% artıb. Hazırda “Nar” abunəçilərinin sayı 2,1 milyonu keçmişdir.
“Azerfon” MMC-nin Baş İcraçı Direktoru Qunnar Panke ikinci rübün nəticələrini belə şərh edib: “İkinci rübdə göstərdiyimiz inkişaf dinamikasından çox razı qaldıq. Abunəçi bazası artımı, mobil internetdən istifadənin paytaxt Bakıda və xüsusən regionlarda artması cari ilin 2-cü rübünün əsas uğurlarıdır. İlin sonunadək biz bu artım tempini saxlamaq və daha yüksək göstəricilər əldə etmək üçün çalışacağıq.”
Yeni istismara verilən “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində “Nar” şəbəkəsində ölkə üzrə mobil data istifadəsi ötən ilin eyni dövrü ilə müqayisədə 65% artıb. Bakı və Abşeron bölgəsində bu göstərici üzrə 60% artım müşahidə olunub. Bölgələrdə isə inkişaf tendensiyası daha yüksək olub, bölgələr mobil data istifadəsi üzrə 67% artım göstərərək paytaxt Bakını qabaqlayıb.
4G şəbəkəsinin genişləndirməsinə xüsusi diqqət yetirən “Nar” ölkənin daha 22 bölgəsində Ağdaş, Daşkəsən, Gəncə, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Qax, Qazax, Qəbələ, Salyan, Şabran, Şəki, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Yardımlı, Yevlax və Zaqatalada qurulub. 4G şəbəkənin genişlənməsi sayəsində bölgələrdə smartfonlardan istifadə artıb.
Qeyd etmək lazımdır ki, qlobal trend olaraq səsli zənglərin həcmində müşahidə olunan azalma “Nar” şəbəkəsinə təsir etməyib; ilk rübdə olduğu kimi, “Nar”-da ölkə üzrə səsli zənglərin həcmi ötən illə müqayisədə dəyişməz olaraq qalmışdır.
Hazırda genişləndirilmiş “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə “Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək “HD-Voice” xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır.
“Nar” şəbəkəsi, eləcə də mobil operatorun yeni məhsul və kampaniyaları haqqında ətraflı nar.az saytından öyrənə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
6 saat əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
6 saat əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
7 saat əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”





















