ITOCHU SOCAR-la əməkdaşlığı genişləndirmək niyyətindədir
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev ITOCHU korporasiyasının idarə heyətinin üzvü və baş idarəedici direktoru Masahiro İmainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SOCAR-ın yaydığı məlumata görə, R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələrinin uğurlarında digər tərəfdaşlarla yanaşı ITOCHU korporasiyasının da rolunu qeyd edib. O, ITOCHU-nun Azərbaycanın regional əhəmiyyət kəsb edən genişmiqyaslı neft-qaz layihələrində iştirak edən ilk beynəlxalq şirkətlərdən olduğunu diqqətə çatdırıb.
ITOCHU nümayəndə heyətinin başçısı M.İmai SOCAR və ITOCHU arasında əməkdaşlığın 20 ildən artıq bir müddəti əhatə etdiyini, həm neft, həm də qeyri-neft sektorunun müxtəlif layihələrində, o cümlədən Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq miqyaslı layihələrdə tərəfdaş olduqlarını xatırladıb. O, həmin layihələr üzrə işlərin gedişindən məmnun olduğunu söyləmiş, təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılığını vurğulayan SOCAR prezidenti birgə layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində ITOCHU şirkətinin və bu layihənin maliyyələşdirilməsində Yaponiya banklarının fəal rol oynadığından söhbət açıb, yapon şirkətləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli perspektiv imkanların mövcud olduğunu söyləyib.
M.İmai Azərbaycanda onların fəaliyyəti üçün yaradılan şəraitdən razılığını bildirib.
Görüşdə tərəfləri maralandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 saat əvvəl
-
23 saat əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
23 saat əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
23 saat əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”



















