Zərifə Həmzəyevanın “Bank Silk Vey”dəki payı daha da artıb
2018-ci ilin 1-ci yarısında “Bank Silk Vey” ASC-nin səhmdarlarının paylarında dəyişiklik olub. Səhmdarlardan Zərifə Həmzəyevanın payı artıb, “VİP Aviasiya”nın payı isə azalıb.
"Marja" xəbər verir ki, 2017-ci ilin sonunda Bankın nizamanmə kapitalının 30%-i “VİP Aviasiya” şirkətinə, 69,70%-i Zərifə Həmzəyevaya, 0,3%-i isə Elvira Əhmədovaya məxsus idi.
30 İyun 2018-ci il tarixinə olan məlumata görə, Bankın nizamanmə kapitalının 15,20%-i “VİP Aviasiya” şirkətinə, 84,50%-i Zərifə Həmzəyevaya, 0,3%-i isə Elvira Əhmədovaya məxsusdur.
Ötən il "Bank Silk Vey" ASC-nin səhmlərinin 0,3%-nə nəzarət edən Bankın Müşahidə Şurasının sədri Elçin Əhmədov payını satmışdı. Onun payını Elvira Əhmədova almışdı.
Zərifə Həmzəyeva "AZAL"ın Prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.
“VİP Aviasiya” MMC “Silkway Bank"ın da daxil olduğu “Silkway Holding”in tərkibində fəaliyyət göstərir.
30 İyun 2018-ci il tarixində "Bank Silkn Vey" 104 milyon 601 min manat nizamanmə kapitalına malik olub.
Bank 2018-ci ilin birinci yarısını böyük məbləğdə xalis mənfəətlə başa vurub. Bank birinci yarım ilin yekunları üzrə səhmdarlara 1 milyon 900 min manat dividend ödəyib. Ətraflı: “Bank Silk Vey”in xalis mənfəəti 4 dəfədən çox artıb
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 15 d. əvvəl
-
16 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub

















.jpg)






