“Bank of Baku” 2018-in 2-ci rübündə də xalis mənfəət əldə edib
“Bank of Baku” ASC uzun müddətdən sonra 2018-ci ilin birinci yarısını xalis mənfəətlə başa vurub.
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin yanavr-iyun dövründə Bankın xalis mənfəəti 1 milyon 814 min manat təşkil edib.
Birinci yarımildə Bankın faiz gəlirləri 20 milyon 834 milyon manat, qeyri-faiz gəlirləri 1 milyon 490 min manat təşkil edib. Eyni zamanda, ötən illər kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatların 25 milyon 12 min manatı azad olub. Cəmi 47 milyon 336 min manat vəsait xərcləri ödəməyə kifayət edib və Bank mənfəətə çıxıb.
"Bank of Baku" 2018-ci ilin yanvar-mart dövründə (1-ci rüb) 234 min manat, aprel-iyun dövründə isə 1 milyon 580 min manat xalis mənfəət əldə edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Bank of Baku” devalvasiyalardan sonra ehtiyat yaratdığına görə zərər edirdi. Bu ildən başlayaraq ehtiyatların azad olması (gəlirə əlavə olunur) Bankda problemli kreditlərin azaldığına işarədir.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin 1-ci yarısında "Bank of Baku"nun faiz gəlirləri 32 milyon 198 min manat, qeyri-faiz gəlirləri 150 min manat təşkil etmiş, mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 32 milyon 727 min manat ayrıldığından Bank 26 milyon 41 min manat zərər açıqlamışdı.
30 İyun 2018-ci il tarixində “Bank of Baku” 299 milyon 459 min manat cəmi aktivlərə (o cümlədən 186 milyon 497 min manatı müştərilərə verilmiş kreditlər), 261 milyon 712 min manat cəmi öhdəliklərə (o cümlədən 166 milyon 72 min manatı müştərilərin depozitləri) və 37 milyon 746 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2017-ci il tarixində “Bank of Baku” 399 milyon 860 min manat cəmi aktivlərə (o cümlədən 197 milyon 694 min manatı müştərilərə verilmiş kreditlər), 363 milyon 272 min maant cəmi öhdəliklərə (o cümlədən 241 milyon 742 min manatı müştərilərin depozitləri) və 36 milyon 587 min manat cəmi balans kapitalına malik idi. 30 İyun 2018-ci il tarixində "Bank of Baku" 24 milyon 537 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)





