Nazirlikdən qarpızın bahalaşmasına münasibət

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda satılan qarpızın qiymətinin artmasına münasibət bildirib.
Qurumun mövqeyini mətbuat xidmətinin rəhbəri Anar Hüseynov açıqlayıb.
Onun sözlərinə görə, son zamanlar sosial mediada qarpızın bahalaşması ciddi müzakirə olunur və nazirliyə bununla bağlı müraciətlər daxil olur: "Nazirlik nəinki qarpızın, ümumiyyətlə heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazar qiymətləri tələb-təklif əsasında formalaşır. Bizim missiyamız fermerləri hansısa məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, onları aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir.
Qarpızın bahalaşmasına gəldikdə isə buna bir neçə səbəb var. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, qiymət artımı ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmir. Hamımız bilirik ki, hər il hansısa məhsul əvvəlki illə müqayisədə baha və yaxud ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Və yaxud bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən təbii ki, fermerlər özləridir. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur – daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s. Bu problemlər məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin artmasının səbəblərindən biri də budur".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
- 1 gün sonra
-
45 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizdən çox artıb
-
1 saat əvvəl
Expressbank Lənkəranda Bilik Günü münasibətilə tədbir keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
- 2 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizdən çox artıb

Expressbank Lənkəranda Bilik Günü münasibətilə tədbir keçirib

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Dövlət büdcəsində 4 milyard manatdan çox artıqlıq yaranıb
Ən çox oxunanlar

Rubl dəyər itirməyə davam edir - SƏBƏBLƏR

Cəmi 240 manat ödəməklə "Peşəkar Mühasib Sertifikatı"na sahib olmaq indi daha asan!

"Aparılan yoxlamalarla bağlı mediada əsassız məlumatların dərc edilməsi müşahidə olunur"

Neft qymətləri Çinin sayəsində sabit qalır
