“Anglo Asian Mining plc” I yarımillikdə Azərbaycanda qızıl hasilatını 43% artırıb
Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator ) 2018-ci ilin I yarısında 37349 unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 22% çoxdur. Bu barədə şirkətin məlumatında deyilir.
"Hesab edirəm ki, biz 2018-ci ildə 78-84 min unsiya qızıl ekvivalentində hasilata hazırıq", - deyə şirkətin baş direktoru Reza Vəziri bildirib.
Şirkətin məlumatına görə, bu ilin I yarısında “Anglo Asian Mining plc” tərəfindən 33255 unsiya qızıl (2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 43%), 587 ton mis (azalma 55,6%), 84,785 min unsiya gümüş (azalma 0,4%) hasil olunub.
"I yarımillikdə “Gədəbəy” yatağından 31282 unsiya qızıl (artım 1,7 dəfə), 13124 unsiya gümüş (artım 2,3 dəfə), 3438 ton mis konsentratı hasil edilib. Bu həcmdən 25778 unsiya qızıl (artım 64,3%) və 1319 unsiya gümüş (artım 6,5%) şirkət tərəfindən dünya bazarında satılıb”, - deyə məlumatda qeyd olunur.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bundan başqa, hesabat dövründə "Anglo Asian Mining" şirkəti tərəfindən “Gədəbəy” yatağından hasil edilmiş 5,936 mln. dollar dəyərində (2017-ci ilin I yarısında 10,324 mln.dollar ) mis konsentratının satışı həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
30 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
36 d. əvvəl
Naxçıvan şəhərində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini ABŞ-nin Kaliforniya ştatından aldı
-
1 saat əvvəl
ABŞ-ın neft şirkətləri Trampın Venesuelaya müdaxiləsindən sonra dəyər qazanıblar
-
2 saat əvvəl
2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard manatdan çox gəlir gözlənilir
-
3 saat əvvəl
Növbəti tədris ilində dövlət sifarişi ilə təhsilalanların sayı artırılacaq
- 3 saat əvvəl
-
4 saat əvvəl
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Naxçıvan şəhərində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard manatdan çox gəlir gözlənilir
Dövlətin 25 milyard 273 milyon manat borcu olduğu açıqlandı
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
Yanvarın 6-da gözlənilən hava şəraiti
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram
























