Balakəndə “ABAD park” kompleksi yaradılacaq
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icra olunan sosial xarakterli “Ailə Biznesinə ASAN Dəstək” – ABAD pilot layihəsi çərçivəsində 2017-ci ildə Balakən rayonunda “ABAD park” kompleksinin yaradılması nəzərdə tutulur. Artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılıb.
Bu barədə Balakən 2 saylı ABAD Mərkəzinin direktoru Amil Musayev məlumat verib.
Onun sözlərinə görə, layihənin təqdimatından qısa müddət keçməsinə baxmayaraq, artıq bu layihəyə qoşulmaq üçün 100-dən çox balakənli ailə müraciət edib. Bu ailələrin arasından ilkin olaraq daha geniş təsərrüfat bazasına malik və istehsal prosesində təcrübəsi olan 12 ailə seçilib və onlar üçün 12 konteyner sifariş verilib. Bu konteynerlərdən 9-u meyvə məhsullarının konservləşdirilməsi, həmçinin cem, mürəbbə və kompot istehsalı üçün, 2-si süd məhsullarının hazırlanması, biri isə kolbasa və sosiska istehsalı üçün nəzərdə tutulub. Yaxın vaxtlarda gətirilməsi planlaşdırılan bu konteynerlər ailələrin təsərrüfatlarında yerləşdiriləcək. Konteynerlərdə xaricdə istehsal olunan müasir texnoloji avadanlıq quraşdırılacaq.
Bundan əlavə, mərkəz tərəfindən sənətkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların əl işlərinin satışının təşkil edilməsi istiqamətində də işlər görülür.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 23 d. əvvəl
-
-
54 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























