"Qubek Otel" İstirahət Zonası hərracda
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 31 iyul tarixində keçiriləcək. İnvestorların özəlləşmə prosesinə marağını nəzərə alaraq iyulun son hərracına müxtəlif çeşidli 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 31-i kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Əli Bayramlı Kimyəvi Təmizləmə”, “Xosrov Metal Plastmas”, “Astara çay-3”, “Sabunçu Ticarət Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətləri var. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Nizamnamə kapitalı 90 min manat olan Sabunçu Ticarət Təchizat” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin hərracda 44%-nin satılması nəzərdə tutulub.
Kiçik dövlət müəssisəsləri paytaxtla yanaşı Göygöl, Qazax, Goranboy, Lənkəran və digər regionlarda yerləşir. Bu əmlaklar üçün təyin olunan ilkin qiymət 2 min və 500 min aralığındadır. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi isə 35 kv.m ilə 9 min kv.m arasında dəyişir. Bu dövlət əmlaklarına "Qubek Otel" İstirahət Zonası, Məmmədyarov kinoteatrı, "Çiçək" Sağlamlıq Mərkəzi və investora yüksək səmərə verəcək digər obyektlər aiddir. Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Əmlak kompleksi müxtəlif biznes sahələrində investora yüksək gəlir gətirə biləcək. Adı çəkilən dövlət əmlakının ümumi faydalı sahəsi 1 min 169 kv.m, ilkin hərrac qiyməti isə 500 min manatdır.
Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Suraxanı, Səbail, Nərimanov, Xətai və digər rayonlarında yerləşir. Hərraca çıxarılan belə əmlakların ümumi faydalı sahəsi 14 kv.m ilə 295 kv.m intervalında dəyişir. Bu isə vətəndaşların seçim şansını artırır. Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsi ilkin hərrac qiyməti 75 min manat, ümumi faydalı sahəsi 295 kv.m olmaqla investorlara təklif olunur. Bu obyekt ictimai iaşə və xidmət sahəsində sahibinə gəlir qazandıra bilər.
Hərraca çıxarılan nəqliyyat vasitələri buraxılış tarixləri 2006, 2007-ci illər, markaları BMW, Nissan və Fiat olmaqla vətəndaşlara təklif olunur.
Qeyd edək ki, olduqları məkandan asılı olmayaraq hər kəs hərraclarda iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Hərracların keçiriləcəyi vaxt, prosesə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatlar və sifariş proseduruna keçid Özəlləşdirmə portalı (privatization.az), Komitənin rəsmi saytı (emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələrdə yerləşdirilir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 saat sonra
-
5 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















