"Azexport" portalı “Google”ın xidmətinə qoşuldu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı Google şirkətinin yeni istifadəyə verdiyi “Google Market Finder” xidmətinə qoşulub.
Sistem www.azexport.az portalında yerləşdirilən məhsulların 100 müxtəlif kriteriya üzrə təhlilini apararaq məhsullar üçün ən uyğun satış bazarlarını təklif edir. Təhlil üçün Google platformasında dünyanın 200-dən artıq ölkəsindən toplanılan geniş və ünvanlı bazar məlumatları istifadə edilir. Bu cür məlumatlar əsasında qlobal ixrac planlarını yaratmaq daha asandır.
Qeyd edək ki, “Google Market Finder” “machine learning” prinsipinə əsaslanan sistem əsasında qurulub.
“Google Market Finder” sistemi Azərbaycan məhsulları üçün ən yaxşı bazarları təklif edir və növbəti satışları planlamaq üçün lazım olan bütün məlumatları verir. Həmçinin, “Potensial müştərilər internetdən necə istifadə edirlər?”, “Onların gəlirləri nədir?”, “Hansı satış kanalları daha etibarlıdır?” kimi sualların cavablandırılmasına kömək edir.
Azexport portalının rəhbəri Zaur Qardaşov bildirir ki, bütün bu məlumatlar əsasında Market Finder Big Data-ya əsaslanaraq lokalizasiya, beynəlxalq ödənişlər və logistika kimi sahələrdə ən uyğun imkanları seçərək təqdim edir. Portal rəhbərinin sözlərinə görə, hər bir müvəffəqiyyətli ixracatçı qlobal marketinq planına ehtiyac duyur: “ Sizin məhsulu xarici bazarlarda təşviq etmək üçün ən yaxşı üsul hansıdır? Müaştəriləriniz hansı cihazları istifadə edir və onlara çatmaq üçün ən yaxşı yol nədir? Sistem bu sualları cavablandırdıqdan sonra marketinq qərarlarını məlumat və müştəri anlayışları ilə təmin etməyə kömək edir və ən yaxşı vasitələri təklif edir.”
Qeyd edək ki, “Google Market Finder” xidmətindən faydalanmaq üçün azexport.az portalına yerləşdirilən məhsullar haqqında daha geniş və strukturlaşdırılmış (ingilis dili daxil olmaqla) məlumat təqdim etmək lazımdır.
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
-
49 d. əvvəl
Bank Respublika sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib
-
-
52 d. əvvəl
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək
-
1 saat əvvəl
ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək
-
1 saat əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub






.jpg)






.jpg)








