“Biz SOCAR-la işləməyi səbirsizliklə gözləyirdik" - MÜQAVİLƏ İMZALANIB
“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Kanadanın “Coreworx Inc.” (“Coreworx”) şirkəti ilə proqram təminatı üzrə uzunmüddətli müqavilə imzalayıb.
Bu barədə “Coreworx” məlumat yayıb. Bildirilir ki, müqavilə üzrə STEAŞ “Coreworx”a öz idarəetmə proqramından istifadə etmək üçün lisenziya almaq hüququ verir. Bu proqram STEAŞ-ın layihə müqavilələri və əlaqədar risklərin planlaşdırılması mərhələsindən layihənin yekununa qədər idarəetmə imkan verəcək.
STEAŞ-ın təchizat üzrə direktoru Egbert Wijnen-Riems deyib: “Müqavilələr hər hansı bir layihənin kommersiya uğuru üçün əsasdır. “Coreworx” layihələr üzrə xüsusi həllər, komanda üzvlərinin müqavilə siyasəti və öhdəliklərinin uyğun olmasını təmin edəcək. Həmçinin bu bizə əlaqədar riskləri idarə etmək üçün daha yüksəksəviyyəli fikir formalaşdırmağa kömək edəcək”.
“Coreworx” şirkətinin baş icraçı direktoru John Gillberry bildirib: “Biz SOCAR-la işləməyi səbirsizliklə gözləyirdik və onların kommersiya uğurlarına töhfə vermək niyyətindəyik”.
Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















