Tramp: Nyu-Yorkun küçələrindən Mercedes-i siləcəm
Avropa Birliyi (AB), ABŞ-ın polad və alüminiuma əlavə gömrük vergiləri tətbiq etməsilə sarsılıb. Avropalı liderlər ABŞ-a cavab verəcəklərini açıqlayıblar.
"Marja" xəbər verir ki, Almaniyanın avtomobil istehsalçılarını xofa salan ABŞ Prezidentinin, "Nyu-Yorkun 5-ci küçəsində tək bir Mercedes qalmayana qədər onlarla mübarizə aparacam" dediyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp, mart ayında idxal polad və alüminiuma müvafiq olaraq əlavə 25 faiz və 10 faiz gömrük vergisi tətbiq ediləcəyini açıqlamışdı. Ancaq daha sonra Tramp, AB, Kanada, Meksika, Braziliya, Avstraliya və Argentinaya 1 İyuna qədər müddət vermişdi. Aradan keçən zaman ərzində aparılmış danışıqlar nəticə vermədiyindən 1 İyundan bu ölklərə də əlavə vergilər tətbiq edilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Almaniya və ABŞ mətbuatında yer alan xəbərlərə görə, Tramp alüminium və polad sektoru ilə bərabər Almaniyanın avtomobil şirkətlərinə də sərt idxal vergisi tətbiq etməyi planlaşdırır. Xəbərlərdə Prezident Trampın bir hesabatda yer alan açıqlamasında, xüsusilə Alman avtomobil markalarına müharibə elan etməyə hazırlaşdığını bildirərək, "Nyu-Yorkun 5-ci küçəsində tək bir Mercedes qalmayana qədər onlarla mübarizə aparacam" ifadəsinə yer verilib.
ALMANLAR YANDI
Açıqlamanın hələ də rəsmən təsdiq edilməməsinə baxmayaraq, bazarlar hərəkətə gəlib. Xəbərin gündəmə gəlməsinin ardından Almaniyanın avtomobil istehsalçıları Daimler, BMW, VW və Porschenin səhmləri 2% ətrafında ucuzlaşıb. Trump daha əvvəl də mövzu ilə bağlı verdiyi açıqlamada xarici avtomobillərə 35%-ə çatan əlavə gömrük vergisi tətbiq etməyi düşündüyünü bildirmişdi. Bunun həyata keçməsi halında Alman istehsalçılara 5 milyard dollara yaxın əlavə xərc yaranacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 d. əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
-
24 d. əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
27 d. əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 37 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
2 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı

























