“Mətanət A” Şirkəti aztəminatlı ailələri sevindirdi
(®) Yalnız bayramlarda deyil, ilin bütün aylarında aztəminatlı insanları sevindirmək ənənəsinə sadiq qalan “Mətanət A” şirkəti bu qəbildən növbəti aksiyasını keçirib.
Şirkət yardıma ehtiyacı olan ailələrə Ramazan sovqatı paylayıb, 50 evdə iftar süfrələrini “Mətanət” A şirkətinin hədiyyəsi olan ərzaqlardan hazırlanmış yeməklər bəzəyib.
Şirkət əməkdaşları paytaxtı gəzərək zəruri ərzaq məhsulları yerləşdirilmiş hədiyyə paketlərini yardıma ehtiyacı olan insanlara və ailələrə paylayıblar. Bunlar əsasən ailə başçısını itirmiş, sabit gəliri olmayan, aztəminatlı, çoxuşaqlı ailələr, xəstə və ahıllardır.
Həmçinin küçələrimizin təmizliyini təmin edən bir qrup soydaşımız da “Mətanət A”-nın Ramazan sovqatı ilə sevindirilib. Böyük sürprizlə qarşılaşan insanlar bu diqqətə və insanpərvərliyə görə “Mətanət A” şirkətinə təşəkkür ediblər.
Şirkətin bu xoşməramlı aksiyası Ramazan ayı boyunca davam edəcək. Ayın sonuna qədər daha 50 aztəminatlı ailəyə yardım edilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
14 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























