“İnvestisiya qaydaları” layihəsi sığortaçıların geniş müzakirəsinə səbəb olub
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə “Sığortaçıların investisiya qaydaları” layihəsinin müzakirəsi baş tutub.
Assosiasiyanın yaydığı məlumata görə, sədr Mustafa Abbasbəyli, “AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov, “Atəşgah Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev, “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ramin Məmmədov, “Qala Həyat Sığorta” şirkətinin Baş direktoru Aydın Rəhmanov, “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Hidayət Əzimov, ”A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Orxan Efendi, “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Zəfər Muxtarov, “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Murad Süleymanov və sığorta və təkrarsığorta şirkətlərinin department rəhbərləri, həmçinin, sahə üzrə məsul şəxslərin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüşdə “İnvestisiya qaydaları” layihəsi sığortaçıların geniş müzakirəsinə səbəb olub. Onlar mövzu ilə bağlı daha əvvəl keçirilmiş görüşdə irəli sürülən təkliflər barədə fikir mübadiləsi aparıb, həmçinin, qəbul edilməyən təkliflərlə bağlı daha güclü əsaslandırma və arqument irəli sürməyin zəruriliyini qeyd ediblər. Eyni zamanda, layihədə sığortaçılar üçün ziddiyyətli və mübahisəli hesab olunan hallar barədə müzakirələr aparılıb və bu kimi hallarla bağlı əlavə və düzəlişlər təklif edilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Görüşün yekununda mövzu ilə əlaqədar müvafiq orqanla görüş keçirilməsinin vacibliyi vurğulanıb və “Sığortaçıların investisiya qaydaları” layihəsinə dair irəli sürülən təkliflərin toplanaraq müvafiq orqana göndərilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 20 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır















.jpg)






