Dövlət Bakıda 2010 yaşayış və qeyri-yaşayış obyektlərini alacaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazilərdə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazilərdə 1130, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazilərdə 880, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin baş planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün aınacaq.
“Marja” xəbər verir ki, alan orqan Bakının Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Yasamal rayon sakinlərinə müraciətində bildirir ki, torpaqların dövlət ehtiyacları üçün alınmasını tələb edəcək layihə və alınmanın təsirinə məruz qalan daşınmaz əmlak haqqında məlumat verilməsi ilə bağlı 2018-ci il mayın 25-də Yasamal rayonu, İnşaatçılar prospekti, 28B nömrəli ünvanda (“Xalq Bank”ın mərkəzi ofisinin arxasında) ictimai iclas keçiriləcəkdir. Eyni zamanda, sakinlər onları maraqlandıran əlavə suallarla bağlı 2018-ci il mayın 25-dən etibarən həftənin II və V günləri saat 10.00 - dan 18.00 -dək həmin ünvana müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
19 d. əvvəl
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
-
1 saat əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Restoranda yanğın baş verib
Azərbaycan şirkəti müflis elan olunacaq
Ən çox oxunanlar
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
















