“Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi
“Nar” media nümayəndələri ilə ənənəvi görüşünü keçirdi.
Çoxsaylı jurnalistlərin iştirak etdiyi görüşdə mobil operatorun son nailiyyətləri, məhsul və xidmətləri, genişləndirilmiş şəbəkəsi və korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində görülmüş işlər barədə geniş məlumat verildi.
Görüş zamanı, mobil internetdən istifadəçilərin sayına görə “Nar”-ın ən yüksək yüksək göstəriciyə nail olduğu, mobil internetdən istifadənin həcmində Bakı və Abşeron yarımadasında 88%, bölgələrdə isə 28% artımın müşahidə edildiyi, bir-birindən sərfəli və əlverişli kampaniya və təkliflərin irəli sürüldüyü mətbuat nümayəndələrinin diqqətinə çatdırıldı.
Görüşdə iştirak edən “Azerfon” şirkətinin baş icraçı direktoru Qunnar Panke jurnalistləri salamlayaraq “Nar”-ın ən son uğur və nailiyyətləri barədə öz fikirlərini bölüşdü:
“Dinamik inkişaf sayəsində əldə etdiyimiz nailiyyətlər hər birimizi fərəhləndirir. Bu nəticələr mobil rabitə şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi, eləcə də təqdim etdiyimiz yenilikçi xidmətlər və sərfəli qiymətlər sayəsində mümkün olmuşdur. “Nar” bundan sonra da yüksək inkişaf tempi ilə qarşısına qoyduğu hədəflərə nail olmağa çalışacaq”, - deyə cənab Panke qeyd etdi.
Şəbəkənin daha da gücləndirilməsi istiqamətində atılmış addımlardan bəhs edərkən, 6500-dən çox baza stansiyası ilə müştərilərə yüksəkkeyfiyyətli xidmət göstərildiyi, bölgələrin 4G (LTE) şəbəkəsi ilə təmin edildiyi, təkcə 2018-ci ilin ilk aylarında paytaxt və ölkənin 18 bölgəsində 147 yeni LTE baza stansiyasının quraşdırıldığı, metro stansiyalarında LTE xidmətinin təmin edildiyi, “Formula Azərbaycan qran-prisi” zamanı yarışların keçirildiyi ərazilərdə daha da gücləndirilmiş şəbəkənin təmin edildiyi vurğulandı.
Qeyd edildi ki, 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
Abunəçilərin tələb və istəklərini hər zaman nəzərə alan “Nar” müxtəlif məhsul və təkliflər irəli sürüb. Mobil operatorun təqdim etdiyi “Full” paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq “yanmayan” bonuslar təcrübəsinə əsaslanır. “Qutu” təklifi isə özündə ev üçün fiber-optik internet, rəqəmsal TV, mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edən və mobil internet xidmətlərini birləşdirən unikal təklifdir. Xüsusi olaraq bölgələr üçün hazırlanmış “Yerlim” tarifindən yararlanmış abunəçilərin sayında 62% artım müşahidə edilib. Bundan başqa, artıq “Nar”-ın bütün “Turbo” internet paketlərində “WhatsApp” pulsuzdur.
Mobil operator uğurlu biznes fəaliyyəti ilə yanaşı, sosial məsuliyyət və ictimai fəaliyyət məsələsinə də xüsusi diqqətlə yanaşır. “Nar” özünün çoxşaxəli KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş GSM laboratoriyasını tələbələrin istifadəsinə açmış, “Microsoft Imagine Cup” müsabiqəsini dəstəkləməklə gənc istedadların üzə çıxarılmasına töhfə vermiş, gənclərin sevimli “Brain Ring” intellektual müsabiqəsinə öz dəstəyini davam etdirmiş və müxtəlif sosial aksiyalara imza atmışdır.
Bu il “Nar” yeni sosial layihə həyata keçirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Novruz bayramında cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmətdə olan əsgərlərimizi bayram sovqatı ilə təbrik etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirliyi ilə birgə təşkil edilmiş aksiyada əsgər valideynlərinin də iştirakı təmin edilmiş və bu sürpriz vətən keşikçilərində əsl bayram əhval-ruhiyyəsi yaratmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
1 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
1 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”


















