“Kred Aqro” 2 dəfyə yaxın kiçilib
“Kred Aqro” Bank olmayan kredit təşkilatı 2017-ci ili 923 min 955 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2016-cı ili 3 milyon 729 min manat zərər ilə bağlamışdı.
“Marja” təşkilatın hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə “Kred Aqro”nun faiz gəliri 3 dəfəyə yaxın azalaraq 1 milyon 338 min manat təşkil edib. Təşkilat 2016-cı ildə 3 milyn 813 min manat faiz gəliri əldə etmişdi. Faiz gəlirinin azalması müştərilərə verilən kreditlərin 10 milyon 774 min manatdan 4 milyon 731 min manata düşməsilə bağlıdır.
Ötən il “Kred Aqro” ehtiyatlara 1 milyon 238 min manat ayırdığından 62,6 min manatlıq xalis faiz zərəri yaranıb. Təşkilat digər gəlirləri hesabına inzibati xərclərini bağlayıb və ili 923 min 955 manat xalis mənfəətlə bağlayıb.
31 Dekabr 2016-cı il tarixində “Kred Aqro”nun cəmi aktivləri 15 milyon 26 min manat ikən 31 Dekabr 2017-ci il tarixində 7 milyon 965 min manat təşkil edib. Beləliklə, təşkilat ötən il ərzində 2 dəfəyə yaxın kiçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























