Dövlət bankı gəlir və mənfəətini açıqladı
Dövlət Bankı “Azər-Türk Bank ” 2018-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart dövrü ilə müqayisədə “AzərTürkBank”ın cəmi gəlirləri 74% artaraq 15 milyon 422 min manata çatıb. “AzərTürkBank” 2017-ci ilin yanvar-mart dövründə 8 milyon 849 min manat cəmi gəlir əldə etmişdi.
“AzərTürkBank”ın faiz gəlirləri 5 milyon 430 min manatdan 4 milyon 209 min manata düşüb, qeyri-faiz gəlirləri isə 3 milyon 419 min manatdan 11 milyon 213 min manata yüksəlib.
Bütün xərclər çıxıldıqdan sonra “AzərTürkBank” ilk rübü 192 min manat xalis mənfəətlə bağlayıb. Bank 2017-ci ilin ilk rübünü 1 milyon 65 min manat xalis mənfəət ilə başa vurmuşdu.
31 Mart 2017-ci il taixində “AzərTürkBank”ın cəmi aktivləri 288 milyon 861 min manat ikən, 31 Mart 2018-ci il taixində 310 milyon 500 min manata qalxıb. Bankın müştərilərə verdiyi kreditlər isə 140 milyon 101 min manatdan 117 milyon 36 min manata düşüb. “AzərTürkBank”ın nağd və Mərkəzi Bankdakı müxbir hesablardakı vəsaitləri 59 milyon 927 min manatdan 96 milyon 70 min manata yüksəlib.
31 Mart 2018-ci il taixində “AzərTürkBank” 53 milyon 684 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























