“Azərxalça”nın zərəri 5 dəfə artıb
“Azərxalça” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44 milyon 565 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
2017-ci ildə “Azərxalça”nın uzunmüddətli aktivləri 13 dəfə artaraq 15 milyon 667 min manata, cari aktivləri isə 2,1 dəfə artaraq 28 milyon 898 min manata çatıb.
İl ərzində səhmdar cəmiyyətin cəmi öhdəlikləri 4,1 dəfə artaraq 107 min manat, cəmi kapitalı isə 3 dəfə artaraq 44 milyon 458 min manat olub.
Xalça satışına 2017-ci ildə başlamış “Azərxalça”nın satışdan gəliri 62 293 manat, satışının maya dəyəri 107 500 manat, satış və paylanma xərcləri 63 903 manat, eləcə də inzibati və əməliyyat xərcləri 969 040 manat (5 dəfə çox), xarici valyuta əməliyyatlarından xalis gəliri 305 manat (78,4% çox), faiz gəliri 452 083 manat (8,2 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 59 509 manat (2,55 dəfə çox) təşkil edib. Son nəticədə şirkət ötən ili 566 min 253 manat zərərlə başa vurub ki, bu da əvvəlki ilə nisbətən 5 dəfə çoxdur.
Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ilə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Qurumun dövriyyədə hər birinin nominal dəyəri 1 manat olan 15 mln. ədəd səhmi var. Səhmləri 100% dövlətə məxsusdur.
2017-ci ildə “Azərxalça”nın işçilərinin sayı 701 nəfər və yaxud 9,15 dəfə artaraq 786-ya çatıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 25 d. əvvəl
-
35 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 40 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb






.jpg)










.jpg)







