"460 milyon manatdan çox vəsait olmalıdır ki, sizlərə də nəsə çatsın"
Ləğv prosesində olan "Bank Standard" QSC-dən təminatsız verilmiş kreditlərə görə əlavə 55 mln. manatlıq girov qoyulacaq.
Bu barədə Bankın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov məlumat verib.
"İlkin mərhələdə “Bank Standard”ın 196 mln. manatlıq əmlakı vardı. Ötən müddət ərzində borclu şəxslərdən 55 mln. manatlıq əlavə əmlak götürülüb. Bu günə bankın 250 mln. manatlıq əmlakı var. Bir o qədər yeni əmlak qəbul ediləcək və girov əmlakların dəyəri 300 mln. manata çatdırılacaq. Hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təxmini tələbi 460 mln. manatdır. Qanunvericilik olduğu kimi qalarsa, 460 mln. manatdan çox vəsait daxil olmalıdır ki, sizlərə də nəsə çatsın", - deyə Ə.Həsənov Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank Standard” vasitəsilə sahibkarları kreditləşdirib. Qurum buna görə də Bankın əmlakına iddialıdır. Amma mən düşünürəm ki, AMB Bankın müflis olmasında əsas günahkarlardan biridir. Ona görə bizimlə bir sırada dayanmağa haqqı yoxdur", - deyə o, əlavə edib.
"Bank Standard"da fiziki şəxslərin 157 mln. manat pulu qalıb. Bunlar manat, dollar və avro ilə olan vəsaitlərdir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





