Azərbaycan bankına “Ən Etibarlı Bank 2018” mükafatı təqdim edildi
İngiltərənin nüfuzlu Global Banking and Finance Review jurnalı Yapı Kredi Bank Azərbaycana mükafat təqdim edib.
Belə ki, təşkilat Yapı Kredi Bank Azərbaycanı “2018-ci ilin ən etibarlı bankı” mükafatına layiq görüb.
Jurnalın redaktoru Wanda Rich, “Yapı Kredi Bank Azərbaycan təmsil etdiyi ölkənin bankçılıq sahəsində aparıcı rol oynamağa davam edir. Hər zaman müştəri təcrübəsini zənginləşdirir, uyğun həll yolları təklif edir. Yapı Kredi Bank Azərbaycanın “Ən Etibarlı Bank 2018” mükafatını almasına səbəb onların məhsuldar fəaliyyəti, əməkdaşlarının inkişaf etdirilməsi üçün daim yatırımlar etməsi, bankçılıq sahəsində universal yanaşmanın tətbiq etməsi, xidət göstərdikləri fiziki və hüquqi şəxslərin tələblərinin daim diqqət mərkəzində saxlamasıdır. Ümidvarıq ki, Yapı Kredi Bank Azərbaycan gələcəkdə də yeni-yeni uğurlara imza atacaqdır” - deyib.
Qeyd edək ki, Global Banking and Finance Review təşkilatı bankçılıq və maliyyə sahəsində uğruar qazanan təşkilatları dəyərləndirir. Yapı Kredi Bank Azərbaycan aşağıdakı sahələrdə əldə etdiyi parlaq nəticələr “Ən Etibarlı Bank Azərbaycan 2018” mükafatı qazanmasına səbəb olub.
-Müştərilərin tələblərinə tam cavab verən məhsul və xidmətlər
-Keyfiyyətin təkmilləşdirilməsi üçün beynəlxalq standardların tətbiq edilməsi
-Korporativ Bankçılıqda tətbiq etdiyi müasir yanaşma
-Doğru Maliyyə Strategiyası
-Korporativ İmic və İnnovasiya
Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























