Böyük kapitalı olan bank əhalidən daha çox pul cəlb edib - 22 MİLYON ARTIM
Böyük məbləğdə kapitala malik banklardan biri olan "AtaBank"da əhalinin əmanətləri artıb.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin ilk rübündə "AtaBank"da fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) 21 milyon 724 min manat artaraq 279 milyon 874 min manata çatıb. 2017-ci ilin sonunda "AtaBank"da fiziki şəxslərin müddətli depozitləri 258 milyon 150 min manat idi.
31 Mart 2018-ci il tarixində "AtaBank"dakı 329 milyon 106 min manat depozitlərin 24 milyon 333 min manatını fiziki şəxslərin tələbli depozitləri, 17 milyon 29 min manatını hüquqi şəxslərin tələbli depozitləri, 287 milyon 744 min manatını isə fiziki və hüquqi şəxslərin müddətli depozitləri təşkil edib.
Martın sonunda "AtaBank" 147 milyon 159 min manat cəmi kapitala malik olub. Bank 2018-in ilk rübünü mənfəətlə başa vurub."Caspian Development Bank" qoşulandan sonra "AtaBank" daha da güclənib. Böyük məbləğdə kapitalı Bankı şoklara qarşı daha dayanıqlı və etibarlı edir.
Həmçinin "AtaBank"ın manat və dollar əmanətlərinə təklif etdiyi faizlər digər banklar ilə müqayisədə yüksəkdir. Bu da "AtaBank"a əmanət yatıranların sayının artmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























