Bu şirkət böhrandan qorxmur – Yeni ofis, 10 min əməkdaş
İsveçin kosmetika və parfümeriya məhsulları istehsalçısı məşhur “Oriflame” şirkəti Azərbaycanda biznesini genişləndirir.
“Marja” xəbər verir ki, şirkətin Bakıdakı Baş ofisi daha geniş məkana köçüb.
İndiyədək Bakıda “Oriflame” xidmət mərkəzi Qara Qarayev prospekti, 61с ünvanında (Neftçilər metrosu) fəaliyyət göstərirdi. Şirkət artıq şəhərin mərkəzində, Azərbaycan pr 14 ünvanında (Mərkəzi Univermağın yaxınlığında) xidmət göstərəcəkdir.
“Oriflame-Azərbaycan” şirkətinin Baş direktoru Kemal Kaya “Marja”ya bildirdi ki, baş ofis kimi fəaliyyət göstərən yeni ofis daha genişdir. 1200 kvadrat metr sahəyə malik olan üçmərtəbəli ofisdə təlim mərkəzi və sifariş mərkəzi yerləşir.
“Burada məsləhətçilərimizə və müştərimizə daha yaxı ola biləcəyik. Burada açıq qapı günləri təşkil edib, insanların məhsullarımızı yoxlamalarına şərait yaradacağıq. Gözəllik və düzgün qidalanma treninqlərinin də keçirilməsi nəzərdə tutulur”.
AZƏRBAYCANDA 10 MİN NƏFƏR “ORİFLAME” ÜÇÜN İŞLƏYİR
Kemal Kaya bildirdi ki, “Oriflame” Azərbaycanda satış məsləhətiləri vasitəsilə satış həyata keçirir.Hazırda şirkət 10 min satış məsləhətçisi ilə əməkdaşlıq edir.
“Satışlarımız yavaş da olsa artır” - deyən Kamal Kaya, Dolların və Avronun bahalaşmasının bir sıra çətinliklər gətirdiyini də qeyd etdi. Lakin “Oriflame” belə təzyiqlərdən qorxmur:
“Şirkətlər qiymətləri qaldırdıqda müştərilər çətinlik çəkir. Biz “Oriflame” olaraq böhran dövrlərindən qorxmuruq. Böhran dövrlərində insanlar əlavə qazanca ehtiyac duyurlar. “Oriflame” da insanlara əlavə qazanc təmin edir. Əlavə gəlir əldə etmək istəyənlər “Oriflame”a gələrək məsləhətçi olaraq çalışırlar. Pullu insanlar isə böhran dövrlərində qənaət edirlər, keyfiyyətli məhsulları daha münasib qiymətə almağa meyl edirlər. Bu səfər də bizim müştərilərin sayı artır. Bunlara görə, böhranlardan qorxmuruq. Biz böhran dövrlərində ailələrə dəstək olan şirkətik”.
Şirkətin direktoru qeyd etdi ki, Azərbaycanda bəyənilən ətirlər Latın Amerikasında xoşlanan ətirlər ilə eynidir:
“Azərbaycanlılar ətir həvəskarıdırlar. Azərbaycanda xoşa gələn ətirlər Türkiyədə də bəyənilir. Azərbaycanlıların və Türkiyəlilərin xoşuna gələn ətirlər Latın Amerikasıda xoşlanan ətirlər ilə eynidir”.
Kamal Kaya qeyd etdi ki, “Oriflame”ın Polşa, Rusiya, Hindistan və Çində zavodları var. Azərbaycana “Oriflame” məhsulları daha çox Polşadan və az miqdarda da Rusiyadan gətirilir.
O əlavə etdi ki, “Sədərək” ticarət mərkəzində satılan “Oriflame” məhsulları saxtadır. Orijinal məhsul almaq üçün “Oriflame-Azərbaycan” şirkətinin satış məsləhətçilərinə müraciət etmək lazımdır.
“Oriflame” Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 24 d. əvvəl
-
- 35 d. əvvəl
-
1 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
3 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda avtomobil istehsalında tənəzzül böyüyür
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Ən çox oxunanlar
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord


























