“TuranBank” da maliyyə vəziyyətini açıqladı
“TuranBank” ASC 2018-ci ilin 1-ci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə “TuranBank”ın cəmi gəlirləri 8 milyon 53 min manat, o cümlədən faiz gəlirləri 7 milyon 243 min manat, qeyri-faiz gəlirləri 810 min manat təşkil edib. İlk 3 ayda Bankın cəmi xərcləri 8 milyon 123 min manat təşkil etdiyindən 70 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 146 min manat ayrıldığından Bankın zərəri 216 min manata çatıb.
ZƏRƏRİ KƏSKİN AZALIB
Diqqəti cəlb edən 2017-ci ilin 1-ci rübü ilə müqayisədə bankın zərərinin 5,5 dəfə azalmasıdır. “TuranBank” ASC 2017-ci ilin 1-ci rübünü 1 milyon 199 min manat zərər ilə başa vurmuşdu. Zərərin aşağı düşməsi xərclərin azalması nəticəsində reallaşıb.
“TuranBank” 2017-ci ilin yanvar-mart aylarında 8 milyon 834 min manat gəliri əldə etmək üçün 9 milyon 201 min manat xərc çəkmişdi. Nəticədə Bankın 368 min manat əməliyyat zərəri yaranmışdı. Üstəlik bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 831 min manat ayırdığından Bankın zərəri 1 milyon 199 min manata qalxmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2018-ci il tarixində “TuranBank” 495 milyon 54 min manat cəmi aktivlərə, 436 milyon 114 min manat cəmi öhdəliklərə və 58 milyon 940 min manat cəmi kapitala malik olub.
2017-ci ilin sonunda “TuranBank” 477 milyon 316 min manat cəmi aktivlərə, 418 milyon 346 min manat cəmi öhdəliklərə və 58 milyon 970 min manat cəmi kapitala malik idi.
Digər müsbət trend, ilk 3 ayda Bankın müştərilərə verdiyi kreditlərin 266 milyon 771 min manatdan 272 milyon 253 min manata yüskəlməsidir.
“TuranBank” digər bankların və maliyyə institutlarının depozitləri və kreditləri 188 milyon 386 min manatdan 209 milyon 16 min manata qalxıb.
31 Mart 2018-ci il tarixində “TuranBank” 68 milyon 606 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 d. əvvəl
-
- 20 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
18 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
Ən çox oxunanlar
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI



















