“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir.
Tətil və məzuniyyətlərini xüsusi tərzdə fərqli bir məkanda keçirmək istəyən Bakcell abunəçiləri dünyanın hər yerində “Rixos” otellərindən böyük endirimlər əldə edə biləcəklər.
Xüsusi kampaniyanın şərtlərinə əsasən, Bakcell “Ulduzum” istifadəçiləri Türkiyə, BƏƏ, Xorvatiya, Misir, Rusiya, İsveçrə və Qazaxıstanda yerləşən “Rixos” və “Kingdom – The Land of Legends” otellərində və “Club Prive by Rixos” villalarında 20% endirimdən yararlanacaqlar. Bundan əlavə, istifadəçilər həmin otellərdə digər imtiyazlardan yararlanmaq imkanını qazanacaqlar.
Endirimlərdən yararlanmaq üçün müvafiq məkanı seçib “RIXOS” sözünü SMS vasitəsilə 5555 nömrəsinə göndərmək kifayətdir. Abunəçiyə cavab SMS-ində göndərilən promo kod rezervasiya zamanı www.rixos.com səhifəsində “PROMO CODE” bölməsinə daxil edilməlidir.
Təklif 2018-ci ilin 30 mart tarixindən 31 dekabr tarixinə qədər qüvvədə olacaq. Başqa endirimlər və ya xüsusi təkliflər qüvvədə olduqda və yaxud otellərin yerləşdiyi ölkələrin bəzi milli bayram günləri və özəl günlərdə bu kampaniyadan yararlanmaq mümkün olmaya bilər.
Təklif barədə daha ətraflı məlumatı www.ulduzum.az internet səhifəsindən əldə etmək olar.
2.7 milyon nəfərdən çox abunəçisi və 230-dan artıq tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin tərəfdaş etdiyi şirkətlərin müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.
“Bakcell”in təqdim etdiyi “Ulduzum” loyallıq proqramında bütün Bakcell abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur. Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir. Həmçinin, “Ulduzum” proqramından daha rahat şəkildə istifadə etmək üçün Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)






.jpg)
