“NBC Bank” artan kreditlər ilə gəlirini artırıb
“NBC Bank” ASC 2018-ci ilin 1-ci rübünü 818,1 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, cari ilin ilk 3 ayında “NBC Bank”ın cəmi gəlirləri 4 milyon 613 min manat, o cümlədən faiz gəlirləri 3 milyon 974 min manat, qeyri-faiz gəlirləri 639 min manat təşkil edib.
Eyni dövrdə Bankın cəmi xərcləri 3 milyon 938 min manat təşkil edib. Həmçinin ehtiyatlardan 144 min manat gəlirə əlavə edilib.
2017-ci ilin ilk 3 ayda “NBC Bank”ın cəmi gəlirləri 4 milyon 441 min manat, o cümlədən faiz gəlirləri 3 milyon 541 min manat, qeyri-faiz gəlirləri 900 min manat təşkil etmişdi. Faiz və qeyri-faiz xərcləri isə 3 milyon 334 min manat olduğundan Bank ilk rübü 1 milyon 107 min manat əməliyyat mənfəəti ilə başa vurmuşdu. Bank əməliyyat mənfəətini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəltdiyindən, 80.5 min manatlıq zərəri yaranmışdı.
Beləliklə, "NBC Bank" illik müqayisədə gəlirlərini artırıb və mənfəətə çıxıb.
“NBC Bank” 2017-ci ili 2 milyon 914 min manat xalis mənfəətlə başa vumuşdu.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2017-ci ilin sonunda “NBC Bank”da 204 milyon 125 min manat təşkil etmiş cəmi aktivlər, 2018-ci ilin Mart ayının sonunda 221 milyon 879 min manata, müştrilərə verilmiş kreditlər isə 154 milyon 396 min manatdan 164 milyon 628 min manata yüksəlib.
İlk 3 ayda depozitlər 8 milyon 560 min manat artaraq 82 milyon 529 milyon manata çatıb.
Bankın məcmu kapitalı isə 56 milyon 590 min manatdan 57 milyon 446 manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
23 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
55 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub






















