Banklara İyun ayına qədər də qazanmaq imkanı yaradıldı
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3% müəyyənləşdirilmişdir. Başqa sözlə, faiz dəhlizinin yuxarı həddi 16%-dən 14%-ə endirilib, aşağı həddi isə 8%-də saxlanılıb.
Məlumat üçün bildirək ki, depozit hərraclarında, qısamüddətli notların emissiyasında və REPO əməliyyatlarında faiz dərəcəsi - faiz dəhlizinin aşağı həddi ilə uçot faiz dərəcəsi arasında müəyyən edilir. Faiz dəhlizinin aşağı həddi və uçot dərəcəsi aşağı düşdükcə bu alətlərin də gəlirliliyi azalır. Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini dəyşmədiyi üçün, banklar depozit hərraclarından qazanmaqda davam edəcəklər. Son hərraclarda tələb təklifi üstələyir və nəticədə hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə yaxın - 8,01% təşkil edir. Həraclarda tələb təklifdən yüksək olduğundan uçot dərəcəsinin aşağı salınması hazırkı vəziyyətdə təsirli deyil. Önəmli olan, faiz dəhlizinin aşağı həddinin 8%-də saxlanılmasıdır.
Mərkəzi Bank Fevral ayında depozit hərracını bir qədər sərfəsiz etmiş, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcəkdir. Banklar ən azı bu tarixədək depozit hərraclarından qazanmağa davam edəcəklər.
Banklar vəsaitləri iqtisadiyyata ötürməkdə çətinlik çəkirlər. Belə vəziyyətdə, Mərkəzi Bank bir növ banklara dəstək verir. Banklar vəsaitlərini depozit hərracları vasitəsilə bir neçə günlük Mərkəzi Banka verərək müyyən gəlir əldə edirlər.
Mərkəzi Bank hesab edir ki, kredit ekosistemində bir sıra problemlər var.
"Biz maliyyə vasitəçiliyini bərpa etmək istəyiriksə, faizlərin əhəmiyyətli aşağı düşməsini istəyiriksə, bu ekosistemdə olan problemləri həll etməliyik. Bu məsələ hökumətin fokusundadır. Mən əminəm ki, biz yaxın gələcəkdə bu problemləri həll edəcəyik”, - bu gün keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





