Palatada tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib
Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.
Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı müəyyən edilmiş Palatanın daxili Əməliyyat Planında icrası mart ayında tamamlanan və aprel ayında icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Yol Xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Bildirilib ki, mart ayı ərzində icrası tamamlanmış tədbirlər xüsusən maliyyə bazarlarının inkişafı, habelə institusional yeniliklərin edilməsi ilə bağlı olub. Maliyyə bazarlarının inkişafı istiqamətində listinq prosedurlarının optimizasiyası və listinqin stimullaşdırılması işləri aparılıb, sektor nümayəndələri və dövlət qurumları ilə müxtəlif müzakirələr təşkil olunub.
İclasda mart ayının 15-də sektorda yeni institutun - Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qurulduğu və geniş ictimaiyyətin istifadəsinə verildiyi qeyd olunub. Yeni institutun fəaliyyəti ilə bağlı məruzədə Reyestrin fəaliyyətinin ilk günlərindən yüklülüklə bağlı aktivliyin olduğu, habelə reyestrin iş prinsipi üzrə maarifləndirici tədbirlərin görülməsi davam etdirdiyi diqqətə çatdırılıb. Reyestrin fəaliyyətə başlaması maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə müsbət töhfə verəcəyi bildirilib.
İclasda, həmçinin növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)






