Azərbaycandan ixracı 7 dəfəyə yaxın artdı - 7619 baş
Kənd Təsərrüfatı Nazirliyinın icmallaşdırma və statistik təhlil şöbəsi tərəfindən Azərbaycandan at əti ixracı imkanları ilə bağlı araşdırma aparılmışdır.
At əti eyni zamanda Fransa, İtaliya, Belçika və Almaniya kimi ölkələr başda olmaqla, müxtəlif Avropa ölkələrində ən çox istifadə olunan ət növlərindən biri hesab edilir.
Regionda ixtisaslaşmış qəssabxanalar və ətlik istiqamətdə yetişdirilən at cinsləri mövcuddur. Araşdırmada göstərilir ki, at əti dünyanın bir çox ölkəsində sevilən ərzaq məhsuludur.
FAO-nun məlumatına görə 78 ölkədə hər il təqribən 741,0 min ton at və qatır əti istehsal edilir. İslam ölkələri (Orta Asiya istisna olmaqla) və İngilis dilli ölkələr isə at ətini istehlak etməyən ölkələr qrupuna aiddir. Dünya üzrə hər il təqribən 370 milyon dollar dəyərində at əti idxalı həyata keçirilir.
Dünya üzrə ən böyük idxalatçılar qismində İtaliya, Belçika və Fransa çıxış edir ki, bu ölkələr də cəmi idxalın 50%-dən çoxunu reallaşdırırlar.
Qlobal bazarda at ətinin orta idxal qiyməti bir ton üçün təxminən 3800 ABŞ dollarıdır.
Azərbaycanda at (ətlik istiqamət üzrə) ixracı ilk dəfə olaraq 2016-cı ildə başlanmışdır. Həmin ildə 1155 baş at ixrac olunmuşdur. 2017-ci ildə at ixrac 2016-cı illə müqayisədə 6,6 dəfə artaraq 7619 baş at olmuşdur.
2017-ci ilin göstəricilərinə əsasən Azərbaycandan 1 baş atın (ətlik) orta ixrac-satış qiyməti 148 ABŞ dolları olmuşdur, 2016-cı ildə müvafiq göstəricisi isə 141 ABŞ dolları olmuşdur.
Son iki ildə kəsim məqsədi ilə atlar Azərbaycandan Qazaxıstana ixrac edilmişdir. Bu ölkə hər il təqribən 3-4 min ton at və qatır əti idxal edir. Qazaxıstan həm də, at ətinin istehsal həcminə görə dünyada ikinci yerdədir.
Azərbaycanın ixrac qiymətlərinin cəlb edici olmasını nəzərə alaraq, at ətinin ən böyük idxalçısı, eyni zamanda istehsalçılarından olan Çin və Rusiya ölkəmiz üçün potensial ixrac bazarları hesab oluna bilər. At ətini yüksək qiymətlərlə idxal edən Avropa regionu da ölkəmiz üçün potensial ixrac bazarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


.jpg)


