Bankların başı üzərində qara buludlar dolaşır - Gəlir yaratmaqda çətinlik çəkirlər
Bankların kreditlərdən faiz gəlirləri azalır.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, ötən ilin 2 ayında bankların kreditlər üzrə faiz gəlirləri 258.6 milyon manat ikən, 2018-ci ilin ilk 2 ayında 189,2 miyon manat təşkil edib.
Faiz gəlirlərinin azalmasının səbəbləri bankların müştərilərə verdikləri kreditlərin azalması və bu il kredit faizlərinin bir qədər aşağı salınmasıdır.
28 Fevral 2018-ci il tarixinə bankların müştərilərə verdikləri kreditlər 11 milyard 147 milyon manat təşkil edib. Bu, 2018-ci ilin Yanvar ayının sonu ilə müqayisədə 95 milyon manat azdır. 31 Yanvar 2018-ci il tarixində bankların müştərilərə verdiyi kreditlər 11 milyard 242 milyon manat idi.
31 Dekabr 2017-ci il tarixində bankların müştrilərə verdiyi kreditlər 11 milyard 337.6 milyon manat idi. 2 ay ərzində kreditlər 190 milyon manat azalıb.
2017-ci ilin Fevral ayının sonunda bankların müştərilərə verdiyi kreditlər 15 milyard 395.9 milyon manat idi.
Bankların qeyri-faiz gəlirləri də azalıb. 2017-ci ilin ilk 2 ayında bankların qeyri-faiz gəlirləri 163.8 milyon manat ikən, 2018-ci ilin ilk 2 ayında 70,7 miyon manat təşkil edib.
Rəqəmlərdən görünür ki, banklar gəlir yaratmaqda çətinlik çəkirlər. Palata 2018-ci ilin 2 ayında bank sektorunun xalis mənfəətinin 141,3 milyon manat olduğunu açıqlayıb. Bu mənfəətin bir neçə böyük banka malik olduğu ehtimal edilir. Bir çox bank 2018-ci ilin 1-ci rübünü də zərər ilə başa vura bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























